İspaniyada 100 yaşlı qadın koronavirusa qalib gəlib

img

03-04-2020 [15:28]


İspaniyanın Aviles şəhərində 100 yaşlı qadın koronavirusa qalib gəlib.

 “RİA Novosti”xəbər verir ki, bu barədə məlumatı bölgənin Səhiyyə departamenti verib.

“Bu gün xoşbəxt günümüzdür. San Aqustin de Aviles xəstəxanası ilk dəfə pasiyenti evə buraxıb. Söhbət 100 yaşlı qadından gedir”, - departamentin “Twitter” səhifəsində yazılıb.

Qeyd edək ki, İspaniyada qeydə alınmış koronavirus yoluxmalarının sayı 117 mini ötüb. Ölkədə virus qurbanlarının sayı isə 11 minə yaxınlaşıb/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR