İcra başçısının müavini koronavirusa yoluxdu - Deputat açıqladı

img

29-03-2020 [12:28]


Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısının müavini-Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Alıcı Dilavərov koronavirus infeksiyası ilə əlaqədar tibbi test yoxlanışından keçib, nəticə pozitiv çıxıb.

Mia.az xəbər verir ki, bu barədə Pravda.az-a 68 saylı Cəlilabad kənd seçki dairəsinin deputatı Elman Nəsirov məlumat verib.

E.Nəsirov bildirib ki, A.Dilavərov rayonda karantinə yerləşdirilib: “Müalicə davam etdirilir. Özünü yaxşı hiss edir, immuniteti güclüdür. Ümid edirik ki, tez bir zamanda sağalacaq, fəaliyyətini davam etdirəcək”.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA