Gurdasar meşəbəyliyində ağacları kim kəsib?

img

26-03-2020 [19:08]


Ekologiya və Təbii Sərvətlər Nazirliyinə (ETSN) Lerik rayonu Hamarmeşə kəndinin yaxınlığında Gurdasar meşəbəyliyində ağacların kəsilməsi ilə bağlı daxil olan şikayət Nazirliyin yerli qurumlarının əməkdaşları tərəfindən yerində araşdırılıb.

Regional Ekologiya İdarəsinin rəisi Rafael Tahirov jurnalistlərə bildirib ki, sözügedən meşə sahəsinə keçirilən baxış zamanı 30-a yaxın ağacın kəsildiyi aşkar edilib.

Faktla bağlı akt tərtib olunub.

“Hazırda Nazirliyin yerli qurumları və rayon polis şöbəsi tərəfindən təqsirkarların müəyyən olunması istiqamətində tədbirlər həyata keçirilir, nəticə barədə əlavə məlumat veriləcək”, - deyə R. Tahirov vurğulayıb.

Nazirlik rəsmisi ağacların kəsilməsi ilə bağlı nazirliyə məlumat verən təbiətsevərlərə təşəkkürünü bildirib, vətəndaşları təbiət düşmənlərinə qarşı bundan sonra da birgə mübarizəyə çağırıb/APA.

Digər xəbərlər
SON XƏBƏRLƏR
15:59 27.05.2020

Çempion intihar etdi

11:27 27.05.2020

Damla karantinə alındı