Ermənistan ordusunda koronavirus yayılıb 

img

26-03-2020 [10:55]


Ermənistan Silahlı Qüvvələrinin müddətdən artıq hərbi xidmət edən 3 qulluqçu koronavirus testindən keçib.

Bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Şuşan Atepanyan “Facebook” səhifəsində yazıb. Bildirilib ki, onlardan birinin ailə üzvündə koronavirus aşkarlanıb.

Məlumata görə, hərbçilər təcrid edilib.

Qeyd edək ki, martın 26-sı saat 10.00-a olan məlumata əsasən, Ermənistanda 290 yoluxma faktı qeydə alınıb. 18 nəfərin sağaldığına dair məlumat yayılıb/Report.

Digər xəbərlər
SON XƏBƏRLƏR
15:59 27.05.2020

Çempion intihar etdi