Gürcüstanda koronavirusa yoluxanların sayı yenə artdı

Gürcüstanda koronavirusa yoluxanların sayı yenə artdı

DÜNYA

25.03.2020, 22:55

Gürcüstanda daha iki şəxsin koronavirusa yoluxduğu müəyyən olunub.

Bu barədə Gürcüstan hökumətinin koronavirusla bağlı yaratdığı xüsusi rəsmi saytda bildirilib.

Bununla koronavirus yoluxma hallarının sayı 75-ə yüksəlib. Yoluxanların 10-u tam sağalıb. Hazırda qonşu ölkədə aktiv virus infeksiyası daşıyıcılarının sayı 65 nəfər təşkil edir.

Karantində 4 055, stasionar nəzarətdə isə 252 nəfər saxlanılır/Report.

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR