ABŞ-da koronavirus: 60 min nəfər yoluxub, 827 nəfər ölüb

img

25-03-2020 [23:09]


ABŞ-da COVID-19 infeksiyasına yoluxma ilə bağlı təsdiq edilmiş halların sayı 60 min nəfərdən çoxdur.

Bu barədə ölkənin federal və yerli məlumatları əsasında hesablamalar aparan Cons Hopkins universiteti bildirib.

Universitetin məlumatına görə, Birləşmiş Ştatlarda koronavirusa 60 115 yoluxma halı təsdiqlənib, 827 nəfər ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) martın 11-də COVID-19 infeksiyasını pandemiya elan edib.

Təşkilatın son məlumatlarına görə, dünyada 372 mindən çox insan virusa yoluxub, 16 mindən insan pandemiyanın qurbanı olub/Report.

Digər xəbərlər
SON XƏBƏRLƏR
16:23 30.03.2020

Fatih Terim sağaldı