"Heyvan ətindən insana bruselyoz, vərəm, qarayara, öküz soliteri, exinokok, zoonoz və parazitar xəstəliklər keçə bilər" - Xəbərdarlıq
24-03-2020 [18:12]
Ət məhsullarının kəsimi, emalı və satışı zamanı sanitar qaydalara düzgün riayət olunmadığı hallarda istehlakçıların sağlamlığı üçün bir sıra təhlükənin yaranmasına səbəb olur.
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən Mia.az-a verilən məlumata görə, heyvan ətindən insana bruselyoz, vərəm, qarayara, öküz soliteri, exinokok və s. zoonoz və parazitar xəstəliklərin keçmə ehtimalı yüksəkdir.
Bildirilib ki, bu xəstəliklərə yoluxma immun sisteminin zəifləməsinə və həyati vacib orqanlarda xroniki fəsadların yaranmasına gətirib çıxara bilir:
"Son aylarda dünyada və eləcə də ölkəmizdə COVID-19 xəstəliyinə yeni yoluxma halları qeydə alınır. Nəzərə alsaq ki, immuniteti zəif, ağciyər, ürək-damar, böyrək çatışmazlığı və digər xroniki xəstəliyi olan insanlar arasında COVID-19 virusuna yoluxma riski daha yüksəkdir.
Bu səbəbdən, COVID-19 və digər xəstəliklərə yoluxmanın qarşısını almaq məqsədilə istehlakçıların daha diqqətli davranması və ət məhsullarını alarkən aşağıdakı tövsiyələrə əməl etmələri lazımdır:
- Küçə şəraitində, yol kənarlarında, baytar müfəttişi tərəfindən nəzarət həyata keçirilməyən, antisanitar şəraitdə fəaliyyət göstərən kəsim yerlərindən ət və ət məhsulları almaq sağlamlıq üçün təhlükəlidir.
- Şəxsi gigiyenik qaydalarına əməl olunmayan və fərdi mühafizə vasitələri istifadə edilməyən (xalat, əlcək, bone) qəssabxanalardan ət və ət məhsulları almaq yolverilməzdir.
- Kəsildikdən dərhal sonra ətin istehlakı faydasından daha çox ziyanlı olduğu üçün ət məhsulları istehlak edilməlidir (heyvan kəsildikdən sonra ət ölüm sərtliyi deyilən vəziyyətdə olur və bunun səbəbi isə heyvanın kəsim zamanı stress altında olması və bunun birbaşa ətin tərkibinə təsir etməsidir).
- Ətin insan orqanizminə faydalı olması üçün, kəsildikdən sonra turşuluq balansını və yumşalmasını təmin etmək üçün 8-12 saat müddətində dincə qoyulmalıdır. Ətdə turşuluq balansının normallaşması bir sıra virus mənşəli xəstəliklərin məhv edilməsində olduqca böyük əhəmiyyətə malikdir.
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) bir daha baytarlıq-sanitariya və gigiyena normalarına cavab verməyən yerlərdə, küçələrdə, yol kənarlarında heyvan kəsimi ilə məşğul olan şəxslərdən qanunsuz fəaliyyətlərini dayandırmağı tələb edir. Eyni zamanda bildirilir ki, qanunvericiliyin tələblərinə uyğun olaraq Daxili İşlər Nazirliyi və yerli icra hakimiyyəti orqanları ilə birlikdə bu cür fəaliyyətlərin aradan qaldırılması üçün qanunla müəyyən olunmuş qaydada tədbirlər bundan sonra da davam etdiriləcək".
Güclü yağış yağacaq - Xəbərdarlıq
Azərbaycan nefti 123 dollara qalxdı
Azercell Könüllüləri Novruz və Ramazan bayramları münasibətilə xeyriyyə yarmarkası təşkil edib
BU MƏZUNLARA RÜTBƏ VERİLƏCƏK
Qurbanovun bayram belə yadından çıxdı
Rəşad Sadıqov klub rəhbərlərini belə günahlandırdı - Baş məşqçidən cəsarətli sözlər
YENİ NAZİR MÜAVİNİ TƏYİN EDİLDİ
Azərbaycan XİN Tunisi təbrik edib
Ötən gün qanunsuz saxlanılan 15 avtomat, 22 tüfəng aşkarlanıb
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdəki təhlükəsizliyi müzakirə edib
Səudiyyə Ərəbistanı: Ərazimizə 41 PUA və 3 raket hücumu keçirilib
İran: Əli Məhəmməd Naini bu səhər öldürülüb
"Mançester Yunayted" "Nyukasl"ın kapitanını heyətinə qatmaq istəyir - 80 milyon avro
Sabahın hava proqnozu açıqlanıb
Şahbaz Şərif: İlham Əliyevlə danışığımda azərbaycanlı qardaş və bacılarımızla həmrəyliyimi təsdiq etdim
Konfrans Liqası: 1/4 finalda oynayacaq komandalar bəlli olub
Avropa Liqası: 1/4 finala yüksələn komandalar bəlli oldu
Sergen Yalçın: "Qaldığımız yerdən davam edəcəyik"
Ukraynanın Bakıdakı səfirliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Avropa İttifaqının Nümayəndəliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 33 nəfər tutulub
Ötən gün itkin düşən 14 nəfər tapılıb
Azərbaycan nefti 122.7 dollara satılır - 4.91 dollar bahalaşdı
Qazaxıstan rəsmi olaraq yeni konstitusiya qəbul edib
"Real Madrid" Tibo Kurtua ilə bağlı açıqlama yaydı
"Nyukasl" "Lens"in gənc qapıçısı ilə maraqlanır
Küveyt: İrandan 18 PUA hücumu həyata keçirilib, 13-ü məhv edilib
Netanyahu mətbuat konfransı keçirərkən İran İsrailə raket atıb
Almaniya millisin heyəti açıqlanıb - Leroy Sane milliyə dəvət edilib
Fransa millisinin heyəti açıqlanıb
"İnter"in hücumçusu Fil Dişi Sahili millisini seçib
"Beşiktaş" öz meydançasında "Kasımpaşa"ya xal vermədi
Neftçalada avtomobil piyadanı vuraraq öldürüb
Paşinyanla Marta Kos Ermənistan və Aİ arasında əməkdaşlığın dərinləşdirilməsini müzakirə ediblər
Tramp Yaxın Şərqə qoşun göndərmək barədə danışıb
Şahbaz Şərif və Ərdoğan İranın hücumlarını müzakirə ediblər
MSK sədri, Baş prokurorun və Milli Məclisin spikerinin aylıq vəzifə maaşı artırılıb