Yaşlılara pensiyalar evlərində çatdırılacaq” - Ərdoğandan koronavirusla bağlı tövsiyələr
18-03-2020 [20:42]
“Yeni tip koronavirus (Covid-2019) bu xəstəliyə yoluxduğunu bilməyən insanlar vasitəsi ilə yayılır”.
Bunu bu gün koronavirusla mübarizə ilə əlaqədar keçirilən xüsusi toplantıdan sonra Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.
R. T. Ərdoğan deyib ki, koronavirusdan qorunmağın ən yaxşı yolu insanların özlərini qorumasıdır: “Gigiyena və təmizliyə, digər insanlarla məsafəyə diqqət yetirmək lazımdır. Mədəniyyətimizdə qucaqlaşmaq, uşaqların üzündən öpmək mühüm yer tutur. Ancaq epidemiya başa çatana qədər sevgimizi ürəyimizlə, səsimizlə göstərməliyik”.
Türkiyə Prezidenti qeyd edib ki, virusun yayılmasının qarşısını almaq üçün bütün resurslar səfərbər edilib: “Hər bir vətəndaşdan xahişim odur ki, epidemiya başa çatana qədər evlərinizdən çıxmayın. İctimai nəqliyyat və qapalı məkanlar virusun potensial yayılma sahələridir. Koronavirusa yoluxan şəxs xəbərdarlıqları nəzərə almayaraq bayırda gəzərsə, yüzlərlə insanı yoluxdura bilər. İşləri evlərdən görmək, ətraf aləmlə əlaqəni azaltmaq vaxtıdır. Məcburiyyət olmadığı halda heç bir vətəndaş təhdid ortadan qalana qədər evdən çıxmamalıdır. İşə gedən insanlar iş vaxtı bitəndə evə dönməli, evə qayıdanda heç kimlə təması olmadan əllərini, üzlərini sabunla yumalıdır. Uşaqlardan evdən çıxmadan dərslərini oxumağı istəyirik. Əsas risk qrupu olan yaşlıların bir müddət evdən çıxmaması, digər ailə fərdləri ilə ünsiyyətdə olmaması gərəkdir. Eyni zamanda, ilk öncə Ankarada yaşayan yaşlılara tibbi maska və koloniya paylanacaq. Yaşlılara pensiyalar evlərində çatdırılacaq”.
R.T.Ərdoğan nəzərə çatdırıb ki, vətəndaşlar səhhətlərində narahatlıq hiss etdikdə, xəstəxanalara getməməli, ailə həkimlərinə müraciət etməlidirlər: “Yüksək temperaturu olan vətəndaşlarımız isə qaynar xəttə zəng açmalı, müvafiq təlimata uyğun olaraq hərəkət etməlidirlər”.
APA
Şahbaz Şərif və Ərdoğan İranın hücumlarını müzakirə ediblər
MSK sədri, Baş prokurorun və Milli Məclisin spikerinin aylıq vəzifə maaşı artırılıb
Dövlət adından yaradılan və dövlət büdcəsindən vəsait alan qurumların əməkhaqqı sistemi təkmilləşdirilib
"ASAN xidmət" mərkəzlərindəki digər dövlət orqanları işçilərinin sosial müdafiəsi gücləndirilib
Dövlət qulluqçularının maaşlarının baza hissəsi artırılıb
Bundan sonra sığortaolunanların dərman və tibb vasitələri ilə təmin edilməsinə TƏBİB baxacaq
ABŞ müdafiə naziri Hegseth: Biz İranda 7000-dən çox hədəfi vurduq
İTSDA-nın icbari tibbi sığorta sahəsindəki səlahiyyətləri ləğv olunub, yeni agentlik yaradılıb - FƏRMAN
İran: Səhərdən bəri davam edən hücumlarda İsrail və ABŞ-ın 5-ci Donanmasının hədəfləri vurulub
Abşeronda motosiklet yük avtomobilinə çırpılıb, ölən var
Bank olmayan kredit təşkilatlarının adından fişinq yolu ilə kiberdələduzluq edən haker şəbəkəsi ifşa olunub
Azərbaycan şəxslərin dövlətlərarası axtarışı haqqında MDB müqaviləsində edilən düzəlişləri təsdiqləyib - FƏRMAN
İlham Əliyev Avropa Şurasının İnsan orqanlarının alverinə qarşı Konvensiyanı təsdiqləyib
Sabunçuda evlərdən 25 min manatlıq oğurluq edən şəxs saxlanılıb
"Trabzonspor" borcunu açıqlayıb
Hikmət Hacıyev Şimali Baltik Səkkizliyi ölkələrinin siyasi direktorları ilə fikir mübadiləsi aparıb
Lukaşenko ABŞ-yə səfər etməyi planlaşdırır
Vilayət Eyvazov Cəlilabadda vətəndaş qəbulu və sıra baxışı keçirəcək
Fərid Əhmədov Xaçmazda vətəndaşları qəbul edəcək
Noa Lanqın əməliyyatı uğurlu keçib
NOVRUZ GƏLDİ, YAZ GƏLDİ...
BMT-nin konfransında QHT təmsilçimiz çıxış edib
Azərbaycan beynəlxalq axtarışda olan şəxsi Özbəkistana təhvil verib
Küveytdə neft emalı zavoduna PUA hücumu meydana gəlib
Səudiyyə Ərəbistanı 1 raket və 8 PUA vurulduğunu açıqladı.
İran İsrailin Ben Qurion hava limanında üç özəl təyyarəni vurub
Lukaşenko özünü Trampın tərəfdarı adlandırıb
Azərbaycanda dövlət sirrini yaymaqda ittiham edilən xarici ölkə vətəndaşına hökm oxunub
Şuşa məktəbində Novruz bayramı qeyd olunub
Jadon Sancho "Borusiya Dortmund"a qayıda bilər
Livanın şərqindəki Şaat şəhərində bir binaya İsrailin hücumu nəticəsində altı nəfər həlak olub
Qətər: Ras Laffan Sənaye Bölgəsi zərbə aldı
Arne Slot: "Bu, həyatımın ən yaxşı nəticələrindən biri idi"
"Santos" klubu baş məşqçisini istefaya yollayıb
"Kremoneze" baş məşqçi Davide Nikola ilə yollarını ayırıb