ÜLVİ QULİYEVİN LİDER OLDUĞU 4 MƏNTƏQƏDƏ SƏSLƏR LƏĞV EDİLDİ - Qalmaqallı deputatla bağlı qərar

img

24-02-2020 [20:55]


Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında Milli Məclisə seçkilərlə əlaqədar 15 saylı Yasamal Birinci Seçki Dairəsi ilə bağlı qeydiyyata alınmış namizəd Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Məmmədovun (Cəlaloğlu) müraciətinə baxılıb.

Mia.az xəbər verir ki, ADP sədrinin şikayət ilə bağlı MSK üzvü İlham Məmmədov məlumat verərək, bildirib ki, MSK-nın apardığı araşdırma zamanı 10, 19, 28 və 29 saylı seçki məntəqələrində seçkinin nəticələrinin seçicilərin iradəsini ifadə etmədiyi üzə çıxıb.

MSK müraciəti qismən təmin edilib və 15 saylı Yasamal Birinci Seçki Dairəsi üzrə 10, 19, 28 və 29 saylı seçki məntəqələrində seçkinin nəticələrinin ləğv edilməsi barədə qərar qəbul edib.

Qeyd edək ki, bu dairənin lider namizədi haqqında çoxsaylı qalmaqallı xəbərlər yayılan biznesmen deputat Ülvi Quliyevdir.

Mia.az

Digər xəbərlər
SON XƏBƏRLƏR
15:15 09.04.2020

Neftin qiyməti qalxır