MSK DAHA BİR DAİRƏDƏ 4 MƏNTƏQƏNİN NƏTİCƏLƏRİNİ LƏĞV ETDİ - Deputatı nə gözləyir?

img

21-02-2020 [18:00]


Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında fevralın 9-da keçirilmiş Milli Məclisə seçkilərlə əlaqədar 81 saylı Beyləqan seçki dairəsi ilə bağlı müraciətə baxılıb.

Mia.az xəbər verir ki, bu dairə ilə bağlı şikayət haqqında məlumat verən  MSK üzvü İlham Məmmədov bildirib ki, müraciətdə həmin dairənin bir sıra seçki məntəqələrində səsvermə günü pozuntuların olduğu iddia olunub.

Qeyd edilib ki, həmin dairə üzrə 4 seçki məntəqəsində pozuntu hallarının baş verdiyi araşdırmalardan sonra müəyyənləşib.

İclasda 81 saylı Beyləqan seçki dairəsinin 1, 4, 6 və 31 saylı seçki məntəqələrinin nəticələrinin ləğv edilməsi ilə bağlı qərar qəbul edilib.

Xatırladaq ki, bu dairə üzrə lider namizəd deputat Şahin İsmayılovdur.

Digər xəbərlər
SON XƏBƏRLƏR
10:59 02.04.2020

Neft bahalaşıb