İMAMVERDİ İSMAYILOVUN LİDER OLDUĞU DAİRƏ İLƏ BAĞLI DAHA BİR QƏRAR - 11 məntəqədə səslər etibarsız sayıldı

img

20-02-2020 [18:03]


Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında fevralın 9-da keçirilmiş Milli Məclisə seçkilərlə əlaqədar 125 saylı Zəngilan-Qubadlı dairəsindən namizədlər Faiq Kərimov və Nazim Azadoğlunun müraciətinə baxılıb.

Mia.az-ın məlumatına görə, müraciət haqqında MSK üzvü Tofiq Həsənov məlumat verib.

Bildirib ki, namizədlər müraciətlərində dairə üzrə seçkilərdə lider namizədin xeyrinə səslərin süni şəkildə artırılmasını qeyd ediblər:

“Araşdırma ilə bağlı şikayətçilərlə əlaqə saxlanılıb. Müraciətlə əlaqədar araşdırma aparılıb. Araşdırma ilə əlaqədar 11 məntəqədə səsvermənin nəticələri etibarsız sayılmalıdır”.

İclasda həmin dairənin 11 seçki (1, 10, 13, 32, 36, 37, 38, 39, 40, 55 və 59 saylı) məntəqəsi üzrə səsvermənin nəticələrinin etibarsız hesab edilməsi məsələsi müzakirəyə çıxarılıb və qəbul edilib.

Xatırladaq ki, bu dairə üzrə lider namizəd deputat İmamverdi İsmayılovdur.

Mia.az

Digər xəbərlər
SON XƏBƏRLƏR