Bəzi xəstəliklər üzrə həkim göndərişi ləğv edilir

Bəzi xəstəliklər üzrə həkim göndərişi ləğv edilir

CƏMİYYƏT

20.02.2020, 12:38

"Biz hesab edirik ki, vətəndaş bəzi ixtisaslar üzrə ailə həkiminin göndərişi olmadan birbaşa ixtisas həkiminə müraciət edə bilər".

Bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev Yeni Azərbaycan Partiyasında keçirilən brifinqdə deyib.

Onun sözlərinə görə, ailə həkiminin yetərincə bilik və bacarıqları olmaya bilər: "Vətəndaşı da əziyyətə salmamaq üçün ona izah edilməlidir ki, müştərək maliyyələşmə məbləği ödəmədən birbaşa ixtisas həkiminə müraciət edə bilər. Bununla bağlı yaxın vaxtlarda məlumat verəcəyik". 

Report

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR