Zakir Qaralov 3 nəfərə yeni vəzifələr verdi - Baş Prokurorluqda yeni təyinatlar

img

20-02-2020 [12:18]


Baş Prokurorluqda yeni kadr təyinatları olub.

Mia.az xəbər verir ki, bununla bağlı Baş prokuror Zakir Qaralov əmr imzalayıb.

Əmrə əsasən, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Daxili təhlükəsizlik şöbəsinin rəisi, ədliyyə müşaviri Sahib İsmayılov vəzifəsindən azad olunub. O, Preventiv tədbirlər və təhqiqat idarəsinin rəisi vəzifəsinə təyin edilib.

Bundan başqa, Z.Qaralovun digər əmri ilə Mütəxəssis təhlilləri şöbəsinin rəisi, baş ədliyyə müşaviri Rəşid Mahmudov tutduğu vəzifədən azad edilərək Daxili təhlükəsizlik şöbəsinin rəisi vəzifəsinə, kiçik ədliyyə müşaviri Rövşən Abdullayev isə Mütəxəssis təhlilləri şöbəsinin rəisi vəzifəsinə təyinat olunub.

Baş Prokurorluğun Mətbuat Xidməti faktı təsdiqləyib.

Digər xəbərlər
SON XƏBƏRLƏR