Akademik İbrahim Quliyev öz ərizəsiylə vəzifədən getdi - AMEA-da yeni təyinatlar
14-02-2020 [16:59]
Bu gün Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin iclası keçirilib.
Akademiyadan Mia.az-a verilən məlumata görə, AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev tədbiri giriş sözü ilə açaraq gündəlikdəki məsələləri iştirakçıların diqqətinə çatdırıb.
Birinci məsələ ilə bağlı AMEA-nın birinci vitse-prezidenti, akademik İsa Həbibbəyli danışıb. Azərbaycan Milli Elmlər Akademiyasının 28 dekabr 2019-cu il tarixində keçirilmiş Ümumi yığıncağında AMEA-nın Nizamnaməsinin yeni redaksiyada qəbul olunduğunu xatırladan akademik İsa Həbibbəyli Nizamnamə üzrə AMEA-nın Humanitar və İctimai Elmlər Bölməsinin yeni yaradılmış Elmi şurasının tərkibindən bəhs edib. Qeyd olunub ki, Rəyasət Heyətinin qərarı ilə HİEB-in Elmi şurasının yeni tərkibi müavinlər – akademik Teymur Kərimli və akademik Nərgiz Axundova və 14 nəfər tanınmış alimdən ibarət üzvlərlə təsdiqlənib.
Sonra “Elm və həyat” jurnalı barədə çıxış edən akademik İsa Həbibbəyli 1961-ci ildən nəşr olunan jurnalın yarandığı ilk dövrlərdən öz səhifələrində dünyanın və Azərbaycanın görkəmli alimlərinin elmi əsərlərinin nəticələrinin işıqlandırılmasına, bu nəticələrin həyat və cəmiyyətin inkişafı ilə əlaqələndirilməsinə, gənc alimlərin apardığı tədqiqatların nəticələrinin təbliğinə geniş yer ayırmaqla bütün dünyada ənənə halını almış elmin təbliğinə layiqli töhfələr verdiyini nəzərə çatdırıb. Akademik jurnalın yüksək keyfiyyətli tərtibatda nəşr olunmasının zəruriliyindən söz açıb.
İclasda “Elm və həyat” jurnalının zəngin ənənələrinin müasir dövrün elmi-kütləvi nəşr tələblərinə uyğun, yüksək poliqrafik tərtibatda davam etdirilməsi məqsədilə redaksiya heyətinin yeni tərkibi təsdiq olunub.
Sonra akademik Fərəməz Maqsudovun 90 illik, AMEA-nın müxbir üzvü Əziz Mirəhmədovun 100 illik, AMEA-nın müxbir üzvü Yevgeni Paxomovun 140 illik və AMEA-nın müxbir üzvü Rəna Məmmədovanın 70 illik yubileylərinin keçirilməsi qərara alınıb.
Tədbirdə AMEA-nın Yer Elmləri Bölməsinin Elmi şurasının tərkibi barədə çıxış edən AMEA-nın birinci vitse-prezidenti, akademik İbrahim Quliyev bölmənin 15 yanvar 2020-ci il tarixində Ümumi yığıncağının keçirildiyini, gizli səsvermə nəticəsində YEB-in Elmi şurasının üzvlərinin seçildiyini bildirib. Rəyasət Heyətinin qərarı ilə tərkib təsdiqlənib.
İslasda, həmçinin AMEA-nın Kimya Elmləri Bölməsinin Elmi şurasının tərkibi bərədə AMEA-nın vitse-prezidenti, akademik Dilqəm Tağıyev, AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsinin Elmi şurasının tərkibi ilə bağlı isə AMEA-nın vitse-prezidenti, akademik İradə Hüseynova çıxış edərək Elmi şuraların üzvlüyünə keçirilən seçkilərin nəticələrindən danışıblar.
Qərarla bölmələrin Elmi şuralarının yeni tərkibi təsdiqlənib.
Daha sonra Azərbaycan Respublikası “Qırmızı Kitabı”nın III nəşri üzrə iş proqramı haqqında akademik İradə Hüseynova çıxış edərək Azərbaycan Respublikasının “Qırmızı Kitabı”nın III nəşrinin Redaksiya heyəti tərəfindən 2020-2023-cü illəri əhatə edən iş proqramının hazırlandığını iclas iştirakçılarının nəzərinə çatdırıb. Kitabın III nəşri üzrə 2020-2023-cü illəri əhatə edən iş proqramı ətrafında müzakirələr aparıldıqdan sonra Rəyasət Heyəti tərəfindən proqram qəbul edilib. Bununla yanaşı, nəşrlə bağlı Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə müvafiq məsələlərin birgə müzakirəsinin təşkil edilməsi məqsədəuyğun hesab edilib. “Qırmızı Kitabı”n III nəşri ilə əlaqədar elmi-təşkilati, texniki, maliyyə və s. məsələlərin vaxtında və səmərəli həllini nəzərdə tutan multidissiplinar elmi-tədqiqat proqramının hazırlanması tövsiyə olunub.
“AMEA Yüksək Texnologiyalar Parkı” Məhdud Məsuliyyətli Cəmiyyətinin strukturu və ştat cədvəli barədə növbəti məsələ ilə bağlı AMEA-nın akademik-katibi, müxbir üzv Əminağa Sadıqov çıxış edib. O, Məhdud Məsuliyyətli Cəmiyyətin yeni strukturunun müasir dövrün tələblərinə uyğunlaşdırıldığını və bununla da YTP-nin struktur vahidlərinin işinin daha da təkmilləşdiriləcəyini diqqətə çatdırıb.
Müzakirələrdən sonra Rəyasət Heyətinin qərarı ilə “AMEA Yüksək Texnologiyalar Parkı” Məhdud Məsuliyyətli Cəmiyyətinin struktur və ştat cədvəli təsdiqlənib.
Sonda kadr məsələsinə baxılıb. Akademik İbrahim Quliyev öz ərizəsiylə AMEA-nın Neft və Qaz İnstitutunun direktoru vəzifəsindən azad edilib və institutun direktoru vəzifəsinin icrası akademik Fəxrəddin Qədirova həvalə edilib.
Eşli Koul "Çezena" klubunun baş məşqçisi kimi təyin olunub
"Qalatasaray" "Liverpul" matçının hazırlıqlarını başa çatdırdı
Gürcüstanda matəm elan edilib
"Fənərbağça" evində "Qaziantepspor"u darmadağın etdi
KİV: Hörmüz boğazı 18 gündür bağlıdır
DTX Prezidentin ailəsini şantaj edən şəxsi saxlayıb
Donald Tramp: Makron tezliklə vəzifəsini tərk edəcək
İsrailin Livana hücumunda ölənlərin sayı 912-yə çatıb
İsrail aviasiyası Tehranda "Bəsic" bölmələrinə zərbələr endirib
Netanyahu: Bu müharibədə İranı hələ çox sürpriz gözləyir
Ağdam şəhərində Novruz yarmarkası fəaliyyətə başlayıb
Ceyhun Bayramov və Sikorski Cənubi Qafqazdakı təhlükəsizlik vəziyyətini müzakirə ediblər
İran raketləri Tel-Əvivə zərbə endirib - Ölən və ya yaralanan yoxdur
Cəlilabadda avtomobillər toqquşub - Ölən və xəsarət alanlar var
Zelenski Böyük Britaniyada səfərdədir
Azərbaycanda bəzi fondların istifadə olunmamış vəsaiti vahid xəzinə hesabına köçürüləcək - QƏRAR
Robert Levandovski "Barselona" ilə müqavilə imzalamağa hazırdır - Maaşının azaldılmasına razılıq verir
BƏƏ-də ballistik raketin vurulması zamanı düşən qəlpə bir nəfərin ölümünə səbəb olub
Koreya XİN vətəndaşlarının İrandan təxliyəsində köməyə görə Ceyhun Bayramova təşəkkür edib
"Qazaxıstan"da konstitsusiya referendumunda səsvermə keçirilib
Kuba sahillərində zəlzələ baş verdi
Brüssel Kiyevə üzvlük danışıqları üzrə yeni "yol xəritəsi" göndərib
İran Futbol Federiyasiyası FİFA ilə danışıqlara başlayıb
"Fənərbağça" bu axşam "Qaziantep FK" klubunu qəbu edir
"Yuventus" Spalletti ilə yeni müqavilə imzalayacaq
Milli Məclis Novruz və Ramazan bayramları münasibətilə İlham Əliyev və Mehriban Əliyevanı təbrik edib
"Arsenal" Bundesligadan iki oyunçunu transfer etmək istəyir
Pep Guardiola bu oyunçunun transfer edilməsini istədi - Klublar danışıqlara başlayıb
Marta Kos: Avropa Komissiyası Ukraynaya 120 milyon avro ayırır
Sabah 17 dərəcə isti gözlənilir - PROQNOZ
Zelenski Netanyahu ilə danışıqlara hazır olduğunu bildirib
Bakıda yaşayış binası yanır
Ermənistan Omanda səfirlik açır
Suraxanının bəzi ərazilərində işıq olmayacaq