“Azərkosmos” iki kanalı ilə müqavilə imzaladı

img

30-01-2020 [12:20]


“Azərkosmos” ASC Rusiyanın “VES-Media” şirkətinin “Yuveliroçka” kanalı və Tatarıstanın “Novıy Vek” teleradio şirkətinin “TNV Planet” kanalları arasında əməkdaşlıq müqaviləsi imzalayıb.

ASC-dən Mia.az-a verilən məlumata görə müqaviləyə əsasən, fevral ayından etibarən “Yuveliroçka” və “TNV Planet” kanalları “Azerspace-1” peyki vasitəsilə yayımlanacaq. 

Sözügedən kanalların yayım tezlikləri aşağıdakı kimidir:

“Yuveliroçka” kanalının tezliyi: 11095/H/3000,

“TNV Planet” kanalının tezliyi: 11015/H/13000.


Digər xəbərlər
SON XƏBƏRLƏR