Rövnəq Abdullayev Zelenski ilə görüşdü - SOCAR-ın Ukraynadakı sərmayəsi müzakirə olunub 

img

23-01-2020 [10:02]


Davosda Ukrayna Prezidenti Vladimir Zelenski və Azərbaycan Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev arasında görüş keçirilib.

Bu barədə “Report” Ukrayna hökumət başçısının saytına istinadən xəbər verir. 

V. Zelenski və R. Abdullayev Ukraynanın infrastruktur layihələrinə, müəssisələrə, eləcə də ölkənin qaz nəql güclərinə sərmayə qoymağın əhəmiyyətini qeyd ediblər.

V. Zelenski ötən ilin dekabrında baş tutmuş Azərbaycana səfərini xatırlayıb. Ukrayna prezidentinin sözlərinə görə, bu səfər çox məhsuldar olub.

“Hesab edirəm ki, bu səfər ölkələrimiz arasındakı münasibətləri yeni bir səviyyəyə qaldırdı”,- Zelenski vurğulayıb.

Görüşdə, həmçinin Ukrayna dövlət başçısının Azərbaycana səfəri zamanı əldə olunmuş razılaşmalar əsasında SOCAR-la yeni layihələrin həyata keçirilməsi müzakirə edilib.

 

Digər xəbərlər
SON XƏBƏRLƏR