Azərbaycan Prezidenti Suma Çakrabarti ilə müzakirə aparıb - FOTO

img

21-01-2020 [23:22]


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 21-də Davosda Avropa Yenidənqurma və İnkişaf Bankının prezidenti Suma Çakrabarti ilə görüşüb.

Görüşdə Azərbaycanda mövcud investisiya mühitinin son dövrlərdə daha da yaxşılaşdığı məmnunluqla vurğulanıb, vergi və gömrük sahələrində aparılan uğurlu islahatlar, inzibatçılığın asanlaşması, “ASAN xidmət”in və DOST agentliyinin fəaliyyəti, dövlət tərəfindən göstərilən xidmətlərin rəqəmsallaşdırılması prosesi xüsusi qeyd edilib.

Söhbət zamanı Avropa Yenidənqurma və İnkişaf Bankının ölkəmizdə həyata keçirilən layihələri və prioritet sahələrin müəyyənləşdirilməsi barədə fikir mübadiləsi aparılıb. Bankın Azərbaycanda mövcud əlverişli investisiya mühitindən yararlanaraq fəaliyyətini daha da genişləndirmək üçün böyük imkanlarının olduğu bildirilib/Azərtac.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:50 12.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA