YAP Siyasi Şurasının üzvü: "2020-ci ildə də Azərbaycan uğurla inkişaf edəcək, daha güclü dövlətə çevriləcək"
14-01-2020 [21:43]
"Arxada qalan hər il görülən işlərin hesabatı, növbəti il üçün hədəflərin müəyyənləşdirilməsinə geniş imkan yaradan dövr kimi xarakterizə olunur. Sevindirici haldır ki, ötən ili əvvəlki illə müqayisə etdikdə bütün sahələrdə təkmil islahatların həyata keçirilməsi nəticəsində möhtəşəm uğurlara imza atıldığı, ən əsası Azərbaycanın beynəlxalq aləmdə mövqeyinin möhkəmlənməsi fonunda yeganə problemimiz olan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllinə gedən yolun bir addım da yaxınlaşdığı diqqətdən kənarda qalmır. Prezident İlham Əliyevin yanında 2019-cu ilin yekunlarına həsr olunan müşavirədə səsləndirilən rəqəmlər, bu və ya digər sahələrdə əldə olunan biri-birindən əhəmiyyətli uğurlar da deyilənlərin təsdiqidir".
Bu fikirləri YAP Siyasi Şurasının üzvü, «İki sahil» qəzetinin baş redaktoru Vüqar Rəhimzadə Mia.az-a açıqlamasında bildirib.
V.Rəhimzadə qeyd edib ki, möhtərəm Prezidentimizin müşavirədə vurğuladığı kimi, 2019-cu il ölkəmiz üçün uğurlu il olub: «Hər bir ölkənin inkişafında əsas amil olan sabitlik və iqtisadi tərəqqi yüksək səviyyədə təmin olunub. Cari ildə dünyanın müxtəlif yerlərində gərginliklər, qanlı toqquşmalar, müharibələr, kütləvi etiraz aksiyaları, polis zorakılığı, insan haqlarının kobud şəkildə pozulması, demokratik dəyərlərə hər addımda hörmətsizlik müşahidə edildiyi halda Azərbaycan dünyanın ən təhlükəsiz ölkəsi kimi mövqeyini möhkəmləndirdi. Təbii ki, ölkəmizdə sabitliyin təminatçısı Azərbaycan xalqıdır. İrəli sürülən hər bir təşəbbüsün ölkə ictimaiyyəti tərəfindən dəstəklənməsi davamlı uğurlara geniş imkanlar açır. Dövlətimizin başçısı İlham Əliyev müşavirədə bu mühüm məqamı xüsusi qeyd etmişdir ki, xalq tərəfindən göstərilən dəstək, siyasətimizə verilən yüksək qiymət həm bizi daha da ruhlandırır və eyni zamanda, ölkəmizdə siyasi və iqtisadi sahələrdə sabitliyi təmin edir.»
2019-cu ilin sosial-iqtisadi göstəricilərinə diqqət yönəldən V.Rəhimzadə bildirib ki, Dünya Bankı Azərbaycanı 20 ən islahatçı ölkə siyahısında qeyd etməsi atılan addımlara verilən yüksək dəyərdir: «Ölkəmizdə həyata keçirilən təkmil sosial-iqtisadi islahatlar, kadr islahatları uğurlarımızın cari ildə də davamlı olacağına əminliyi artırır. Ümumi daxili məhsul 2,2 faiz, qeyri-neft sektoru 3,5, sənaye istehsalı 1,5 faiz, kənd təsərrüfatı təxminən 7 faiz artıb. İnflyasiya cəmi 2,6 faiz, əhalinin pul gəlirləri 7,4 faiz olub. Valyuta ehtiyatlarımız isə 6,4 milyard dollar artaraq, 51 milyard dollara çatıb. Adambaşına düşən valyuta ehtiyatlarına görə Azərbaycan MDB məkanında birinci yerdədir. İqtisadi tərəqqi güclü sosial siyasətlə müşayiət olunub. Belə ki, qəbul olunan iki sosial paket 4 milyondan artıq insanı əhatə edib, vətəndaşların maddi vəziyyəti yaxşılaşıb. Minimum əməkhaqqı 2 dəfə, minimum pensiya 70 faiz, bəzi müavinətlər 50 faiz artıb. Əhalinin sosial müdafiəsinin gücləndirilməsinin prioritetliyi cari ilin dövlət büdcəsinin sosialyönümlülüyünün artmasından da aydın görünür.»
V.Rəhimzadə qeyd edib ki, 2019-cu ildə Azərbaycanın iqtisadi və siyasi imkanlarının artması ölkəmizin ev sahibliyi etdiyi beynəlxalq tədbirlərin sayından, eyni zamanda, dövlətimizin başçısı İlham Əliyevin qatıldığı beynəlxalq tədbirlərin miqyasından da aydın görünür: "Azərbaycan ötən ildə 120 ölkəni özündə birləşdirən Qoşulmama Hərəkatının XVIII Zirvə Görüşünə, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII Zirvə Görüşünə ev sahibliyi etdi. Prezident İlham Əliyev Rusiyanın Soçi şəhərində “Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasında, MDB Dövlət Başçıları Şurasının Aşqabad Sammitində iştirak etdi. Hər bir beynəlxalq tədbir əhatə etdiyi mövzu və qəbul olunan sənədlər baxımından mühüm əhəmiyyət kəsb etməklə yanaşı, Azərbaycanın beynəlxalq mövqeyinə etdiyi əlavələrlə də diqqət çəkən oldu. Azərbaycan ötən il eyni zamanda, UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasına ev sahibliyi etdi. Bu sessiya çərçivəsində Şəki Xan Sarayı, Şəkinin mərkəzi hissəsi UNESKO-nun Dünya İrs Siyahısına daxil edildi. Şəki Xan Sarayının bu siyahıda olması növbəti böyük uğurumuzdur. Ötən il Vaşinqtonda Dünya Astronavtika Konqresi keçirildi. Beynəlxalq Astronavtika Federasiyasının Baş Assambleyasında keçirilmiş seçkilərdə Bakı şəhərinin 2022-ci ildə Beynəlxalq Astronavtika Konqresinə ev sahibliyi etmək hüququ qazanması Azərbaycanın yeniliklərə imza atan, ən əsası yeni texnologiyaların inkişafına və tətbiqinə xüsusi önəm verən ölkə kimi tanınmasının aydın mənzərəsini yaratdı. Digər tərəfdən, Azərbaycanın bütün beynəlxalq səviyyəli tədbirlərə ev sahibliyi etməsində sabit, təhlükəsiz ölkə kimi qazandığı imic də əhəmiyyətli rol oynayır.»
V.Rəhimzadə onu da qeyd edib ki, müşavirədə dövlətimizin başçısı İlham Əliyev işğalçı Ermənistanın heç bir sahədə Azərbaycanla rəqabət aparmaq imkanında olmadığını əsaslı şəkildə diqqətə çatdırıb: "Ermənistanın işğalçılıq siyasəti onun bütün enerji layihələrindən kənarda qalmasına səbəb olub. Dövlətimizin başçısı «Mən hələ bir neçə il bundan əvvəl demişdim ki, biz Ermənistanı regionda bizim iştirakımızla reallaşdırılan bütün önəmli layihələrdən təcrid edəcəyik və biz buna nail olduq, həmişə olduğu kimi sözümüzə sadiq qaldıq. Ermənistan bu gün bizim səylərimiz nəticəsində siyasi, iqtisadi, investisiya, enerji və nəqliyyat dalanıdır. Torpaqlarımızdan çıxmayana qədər bu vəziyyət belə də qalacaq» bəyanatı ilə Azərbaycanın dəyişməz mövqeyini bir daha dünyaya çatdırdı".
V.Rəhimzadə uğurlarımızın fonunda səsləndirilən bu əminliyi bir daha vurğulayıb- 2020-ci ildə də Azərbaycan uğurla inkişaf edəcək, daha güclü dövlətə çevriləcək.
DÇ-2026: Türkiyə millisi qalib gəldi
Bakıda 70 yaşlı kişi güllələnib - Təfərrüat
The Limitless Group dünyanın nüfüzlu təhsil nümayəndələri ilə bir arada - 3 günlük tədbir başlayıb
Beynəlxalq səyyahlar Şuşaya gəliblər
“İran tərəfi bizə yalvarır" - Tramp belə deyir
"Maaşıma görə məni niyə mühakimə edirsiniz?” - Deputat + VİDEO
"Lənkəran" komandası texniki məğlubiyyət verilib
Ağdamda mülki şəxs minaya düşüb (YENİLƏNİB)
İran müharibəsi və Cənubi Qafqaz: xəritənin kənarından mərkəzinə...
Güclü külək əsəcək - Xəbərdarlıq
Sabahın hava proqnozu açıqlandı
Türkiyənin Rusiyadan neft daşıyan tankerinə hücum olub
İran Xarq adasında müdafiəsini gücləndirir
Rusiya İrana yardım göndərib - 31 vaqon
Azərbaycan nefti 113 dollara satılır
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
MAY AYINDA ARDICIL 5 GÜN İŞ OLMAYACAQ
Qalmaqallı prokuror işdən çıxarıldı
Niyazi Bayramovun özəl günü... - Elçin Cavadov yazır
Bakıda iyrənc cinayət: dayı 15 yaşlı bacısı oğlunu...
NETANYAHU TRAMPI SAYMADI, ORDUYA ƏMR VERDİ: "48 saata İranın silah sənayesini məhv edin!"
Rusiya və İran çökür - Türkiyə və Azərbaycan isə...
Geosiyasi boşluq və rəqəmsal oyun: Azərbaycan fintech yarışında mövqelərini gücləndirir
Biznesin ürəyi müştəridir
Səlim Müslümovun əmlakı 600 min manata satılıb - Hərracda
“ÜMİDSİZ BİR ƏDƏBİYYAT” - Müəllif Selcan Ədalətin gözlərindəki o sevinc, qəbindəki o fərəh heç yadımdan çıxmır...
Xəzərdə zəlzələ olub
Prezident İlham Əliyev Mərkəzin açılışında - FOTOLAR
Onların imtahan nəticəsi ləğv olunacaq? - DİM-dən izahat
Hava ilə bağlı əhaliyə - Xəbərdarlıq
İlham Əliyev Yunanıstan prezidentinə məktub göndərib - MƏTN
Azərbaycan nefti 116 dollara satılır
Səbinə Əliyeva Ruben Vardanyanla görüşüb
Spikerdən jurnalistə irad: “Niyə siz “Artsax” deyirsiniz?!” - “Qarabağ da Azərbaycana məxsusdur”
NETANYAHU TRAMPI DİNLƏMƏDİ: "Biz İranı vurmağa davam edəcəyik"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Trampdan İranla bağlı bəyanat: "Onların lideri yoxdur, rejim dəyişdi, indi razılaşma istəyirlər" - "Bizə neft və qaz hədiyyə edirlər"
"Azəriqaz"da Fəxri Fərman hansı əsaslarla və kimlərə verilir? - Komitə sədri Baş direktorla "Həmkarlar"a maraqlı suallar ünvanladı
Qəzəbli və revanşist Putin... - Kremlsiz Qafqaz və... (TƏHLİL)
Sabahdan bəzi yerlərdə yağıntı intensivləşəcək - Xəbərdarlıq
"Güney Azərbaycan artıq kənardan izlənilən region deyil" - TƏHLİL
Xəzər rayonunda qaya daşlarını zədələyən şəxs saxlanılıb
Sabah hava necə olacaq? - Proqnoz
“Aİ-92” markalı benzin ucuzlaşacaq, yoxsa...? - Ekspertdən bahalaşan neftlə bağlı açıqlama
"Mənə dedilər ki, sən neynirsən?" - Niyaməddin Musayev
"Türkiyə və Azərbaycan müharibəyə sürüklənir" - TƏHLİL