Baş Prokurorluq Kənan Musayevin ölümü ilə bağlı məlumat yaydı - Nə baş verib?
14-01-2020 [18:56]
19 iyun 2019-cu il tarixdə saat 21 radələrində Kəlbəcər rayonundan məcburi köçkün Kənan Musayevin Abşeron rayonu, Mehdiabad qəsəbəsində yaşadığı mənzilin açıq eyvanından yerə düşməsi nəticəsində aldığı xəsarətlərlə əlaqədar həmin gün saat 22:30 radələrində xəstəxanada vəfat etməsi faktına görə Cinayət Məcəlləsinin 124.1-ci maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılıb.
Baş Prokurorluqdan Mia.az-a verilən məlumata görə, Abşeron rayon prokurorluğunda ilkin yoxlamanın və ibtidai istintaqın gedişindən narazı qalan mərhumun atası Elşən Musayev və qohumları 26 iyul 2019-cu il tarixdə Azərbaycan Respublikasının Baş prokuroru tərəfindən Baş prokurorun birinci müavini Rüstəm Usubov, Baş Prokurorluğun Prokurorluqda istintaqa nəzarət idarəsinin rəisi və müstəntiqlərin iştirakı ilə qəbul edilərək dinlənilmiş və müraciətləri əsasında cinayət işi üzrə istintaqın davam etdirilməsi Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinə tapşırılıb.
Cinayət işi üzrə yaradılmış istintaq-əməliyyat qrupu tərəfindən zəruri prosessual istintaq-əməliyyat tədbirləri aparılıb, eləcə də hadisə yerinə mərhumun ailə üzvlərinin, müvafiq ekspertlərin və mütəxəssislərin iştirakı ilə müfəssəl baxış, hadisənin mexanizminin və şəraitinin tədqiqi üçün istintaq eksperimenti keçirilib.
Müəyyən edilib ki, Kənan Musayev 19 iyun 2019-cu il tarixdə saat 19 radələrində yaşadıqları mənzildə qardaşı Sərvan Musayevlə birlikdə olmuş, saat 20:25 radələrində Sərvan Musayev evdən çıxıb bacısının əri ilə Nərimanov rayonu ərazisinə getmiş, saat 20:58-də Kənan Musayev bacısı Nailə Quluzadə ilə 36 saniyə telefon danışığı aparmış, saat 21:04-də mənzilin açıq eyvanından düşmüş, dərhal ətrafına toplaşan insanlar onun üzərində kiçik ölçülü yaş mələfə müşahidə etmişlər. Kənan Musayev həmin şəxslərin, o cümlədən hadisədən əvvəl binanın qarşısında qadınlarla söhbət edən atasının xalası Məlahət Xudiyevanın köməyi və müşaiyəti ilə saat 21:14-də qonşuluqda yaşayan Famil Ələsgərovun idarə etdiyi avtomobilə qoyularaq xəstəxanaya yola salınmış, Elşən Musayevin qonşu, qohum və tanışları hadisə barədə eşidib xəstəxanaya gəlmişlər.
Kənan Musayevin ölümünün səbəblərinin və digər əhəmiyyətli halların müəyyən edilməsi məqsədilə məhkəmə-tibb ekspertizası təyin edilərək mərhumun meyitinin dəfn olunduğu yerdən çıxarılıb ekspertizadan keçirilməsi və məhkəmə-tibb ekspertinin mənzilə əlavə baxışda iştirakı təmin edilib, hadisənin şəraitinin bərpa olunması məqsədilə məhkəmə-trasoloji-situasion ekspertizası təyin edilib, binanın inşasına dair zəruri sənədlər ekspertiza tədqiqatına təqdim olunub.
Mərhum Kənan Musayevin istifadəsində olmuş mobil telefon aparatına baxış keçirilmiş, lakin iş üzrə əhəmiyyət kəsb edə biləcək informasiya aşkarlanmamışdır. İstintaqa cəlb edilmiş şəxslərin istifadəsində olmuş mobil nömrələr üzrə telefon danışıqlarına, yazışmalarının mətnlərinə və antena əhatə dairələrinə dair məlumatların mobil operatorlardan götürülməsi üçün məhkəmə qərarları alınaraq icraya yönəldilmiş və alınan cavablarda olan informasiyaların təhlili hazırda da davam etdirilir.
İş üzrə aidiyyəti hüquq-mühafizə orqanlarına əməliyyat tapşırıqları verilmiş, Elşən Musayevin yaşadığı mənzillə üzbəüz yerləşən mənzilin və hadisə yerinə yaxın ərazidə quraşdırılmış müşahidə kameraları tərəfindən qeydə alınmış videogörüntülərə baxış keçirilmiş və baxış zamanı şübhə doğura biləcək hər hansı hala rast gəlinməmişdir. Mənzilin kamerasının yaddaş kartı üzrə təyin edilmiş məhkəmə-kompüter texniki ekspertizasının rəyində kartın yaddaşında montaj əlamətlərinin olmadığı göstərilmişdir.
Cinayət işi üzrə Kənan Musayevin qəsdən öldürülməsi barədə atası Elşən Musayevin irəli sürdüyü şübhə və mülahizələri onun iştirakı təmin olunmaqla keçirilmiş istintaq hərəkətlərinin hazırkı vaxta olan nəticələrinə əsasən hələlik təsdiqini tapmamışdır.
Elşən Musayev və ailə üzvləri dəfələrlə qəbul edilib dinlənilmiş, cinayət işi üzrə ibtidai istintaq və əməliyyat tədbirlərinin davam etdirilməsi, nəticəsindən asılı olaraq hadisəyə və aid şəxslərin əməllərinə obyektiv hüquqi qiymətin veriləcəyi onlara izah olunmuşdur.
Göstərilənlərə baxmayaraq, sentyabrın 21-də Baş Prokurorluğun inzibati binasında Elşən Musayev, Yasəmən Musayeva və Həcər Əliyeva müraciətləri əsasında Azərbaycan Respublikasının Baş prokuroru tərəfindən Baş prokurorun birinci müavini Rüstəm Usubov, Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinin rəisi Eldar Əhmədov və müstəntiqin iştirakı ilə qəbul edilərək dinlənilmişlər. Onlara cinayət işinin bütün halları, o cümlədən Kənan Musayevin qəsdən öldürülməsi barədə zərərçəkmiş şəxsin hüquqi varisi Elşən Musayevin irəli sürdüyü şübhə və mülahizələrin onun iştirakı təmin olunmaqla keçirilmiş istintaq hərəkətlərinin hazırkı vaxta olan nəticələrinə əsasən öz təsdiqini tapmadığı barədə geniş məlumat verilərək müzakirələr aparılmışdır. Cinayət işi üzrə bütün xüsusatların daha ətraflı araşdırılması istiqamətində zəruri tədbirlərin görülməsi barədə Baş prokuror tərəfindən müvafiq tövsiyə və göstərişlər verilmişdir.
Lakin həmin gün qəbuldan bir neçə saat sonra Yasəmən Musayeva və digərləri Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinin inzibati binasının qarşısına gəlib səs-küy salaraq qısa zamanda təqsirli şəxslərin tutulmasını tələb etmişlər.
Bundan başqa, sentyabrın 23-də Yasəmən Musayeva 10 nəfər yaxın qohumları ilə birlikdə yenidən Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinin inzibati binasının qarşısına gələrək əllərində Kənan Musayevin fotoşəklini tutmaqla səs-küy salaraq ətrafda olan insanların diqqətini özlərinə cəlb etmək məqsədilə cinayət işinin istintaqına öz etirazlarını bildirmişlər.
Elşən Musayev oğlunun öz xalası Məlahət Xudiyevanın təşkilatçılığı ilə tanışı Nizami Yusifov tərəfindən qətlə yetirilməsini, bu işdə onlara dayısının qızı Pərvanə Hacıyeva və polis əməkdaşı Savalan İsgəndərov, tanışları Əyyam Mirzəyev, Mikayıl İsmayılov və həmyerlisi Orxan Ağalı tərəfindən köməklik göstərildiyini iddia etmiş, lakin həyata keçirilmiş istintaq-əməliyyat tədbirləri ilə həmin xüsusatlar təsdiqini tapmamışdır.
Yasəmən Musayeva və qohumları 2020-ci il yanvarın 14-də saat 11 radələrində Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinin qarşısına gələrək cinayət işi üzrə aparılan araşdırmalara etirazlarını bildirmişlər. İdarənin rəhbərliyi tərəfindən həmin şəxslərin bir qismi qəbul edilərək onlara istintaqın hazırkı vəziyyəti barədə ətraflı izah verilməsinə baxmayaraq, Kənan Musayevin ölümündə şübhələndikləri şəxslərin qısa zamanda həbs edilməsini tələb etmişlər.
Azərbaycan Respublikasının Baş Prokurorluğu qeyd edilən şəxslərin hərəkətlərini cinayət işinin istintaqına təzyiq kimi qiymətləndirir.
Arne Slot: "Bu, həyatımın ən yaxşı nəticələrindən biri idi"
"Santos" klubu baş məşqçisini istefaya yollayıb
"Kremoneze" baş məşqçi Davide Nikola ilə yollarını ayırıb
Eray Yazqan: "UEFA nümayəndələrinə şikayət etdik"
İlham Əliyev ilə Şavkat Mirziyoyev bir-birilərini Novruz və Ramazan bayramları münasibətilə təbrik ediblər
"Qalatasaray" klubu Noa Lanqın əməliyyat olacağını açıqladı
Bayram günlərinin hava proqnozu açıqlanıb
ABŞ-nin xüsusi elçisi Koull Lukaşenko ilə danışıqlar aparır
Buzovnada məhkuma məxsus avtomat aşkarlanıb
Gürcüstanın Katolikos-Patriarxının dəfnində Azərbaycanı Sahibə Qafarova təmsil edəcək
Abdülkerim Bardakcı: "Çempionlar liqasında ölkəmizi qürurla təmsil edərək irəlilədik"
Okan Buruk: "Rəqibimiz bizdən üstün idi"
Bakıda Novruz şənliyi keçirilib
Küveytdə Yaxın Şərqin ən böyük neft emalı zavodunda PUA zərbəsindən sonra yanğın baş verib
Lionel Messi 900-cü qolunu vurub
Viktor Osimhen əməliyyat olacaq - Qolu sınıb
"İnter" Orkun Kökçü ilə maraqlanır
Qafqaz Müsəlmanları İdarəsi Ramazan bayramı ilə bağlı fətva verib
Səudiyyə Ərəbistanında "Samref" NEZ hava hücumuna məruz qalıb
Azərbaycan nefti 117 dollara satılır - 9 dollar bahalaşdı
İranda yanvar iğtişaşlarında iştirak edən üç nəfər edam olunub
Bernardo Silva İtaliya nəhənginin radarına düşüb
"PSJ"nin cinah hücumçusu Bredli Barkola zədələnib
Coşua Zirkze mövsümün sonunda "Mançester Yunayted"dən ayrıla bilər
İlham Əliyevin sosial media hesablarında Qarabağda keçirdiyi Novruz bayramları ilə bağlı videoçarx paylaşılıb
Alena Əliyeva Novruz yarmarkasını ziyarət edib
İspaniya bu il Ukraynaya hərbi dəstək üçün 1 milyard avro ayıracaq
"X" sosial şəbəkəsində qlobal nasazlıq müşahidə olunur
İran Fars körfəzi ölkələrinin neft obyektlərinin yerləşdiyi ərazilərdən təxliyəyə çağırıb
Aİ və İslandiya müdafiə sahəsində tərəfdaşlığa dair saziş imzalayıb
Bu gecə Xırdalanın bəzi ərazilərində işıq olmayacaq
Sumqayıtda 39 yaşlı qadın dəm qazından ölüb
Hikmət Hacıyev Parisdə Makronun diplomatik müşaviri ilə ikitərəfli münasibətləri müzakirə edib
İlham Əliyev: 2021-ci ildən sonra bütün illər boyu Novruz ərəfəsində Qarabağdayam, bu, böyük xoşbəxtlikdir
Azərbaycanın QHT təmsilçisi BMT-nin konfransında
Zelenski və İspaniyanın Baş naziri Pedro Sançes bir sıra əməkdaşlıq sazişləri imzalayıblar
Azərbaycan əhalisinin sayı açıqlanıb
İlham Əliyev Xocavəndin Xanoba kəndində fərdi evlər və infrastrukturun bərpası işləri ilə tanış olub
Dünyanın ən böyük qaz yatağı olan Cənub Parsa zərbə endirili
"Astana" gəmisi Rumıniya sahillərində batıb, ölən var
Kats: İranın kəşfiyyat qurumunun rəhbəri İsmayıl Xətib öldürülüb
Ceyhun Bayramov Səudiyyə Ərəbistanına işgüzar səfərə yola düşüb