İranda həbslər davam edir: müxalifət liderinin oğlu həbs olunub

İranda həbslər davam edir: müxalifət liderinin oğlu həbs olunub

DÜNYA

14.01.2020, 10:41

İran müxalifətinin lideri Mehdi Kərrubinin oğlu Hüseyn Kərrubi həbs olunub.

Polis ötən gecə Hüseyn Kərrubinin evində axtarış aparıb, daha sonra o, həbs edilib.

Həbsin detalları açıqlanmayıb.

Hüseyn Kərrubi Milli Etimad Partiyası Mərkəzi Şurasının üzvüdür.

Qeyd edək ki, Mehdi Kərrubi və Mirhüseyn Musəvi 2009-cu ilin prezident seçkilərinin nəticələrinə etiraz etdikləri üçün 2011-ci ildən ev dustaqlığında saxlanılırlar/APA.

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR