Daşkəsəndə qanunsuz cüyür ovu: 6 nəfər saxlanıldı + FOTO

img

14-01-2020 [10:26]


Daşkəsəndə qanunsuz ov edən şəxslər saxlanılıblar.

DİN-nin Mətbuat Xidmətinin Gəncə regional qrupundan Mia.az-a verilən məlumata görə, Daşkəsən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz ov etdiklərinə görə 6 nəfər saxlanılıb. Araşdırmalarla onların rayon sakinləri Qismət Məhərrəmov, Alı Allahverdiyev, Pənah Tağıyev, Firəddin Məhərrəmov, Vüqar Həsənov və Göygöl rayon sakini Sahil Quliyev olduqları müəyyən edilib. Onlardan patronları ilə birlikdə ümumilikdə 6 ədəd müxtəlif markalı və kalibirli ov tüfəngi, habelə ovladıqları 9 kiloqrama yaxın 1 baş cüyür heyvanının əti götürülüb. 

Davam etdirilən tədbirlərlə Vüqar Həsənova və Sahil Quliyevə məxsus ov silahlarının heç bir müvafiq sənədinin olmaması müəyyən edilib.

Faktla bağlı Daşkəsən Rayon Polis Şöbəsində araşdırmalar aparılır.

Digər xəbərlər
SON XƏBƏRLƏR