Bakıda hosteldə əcnəbi vətəndaşın pulunu oğurlayan şəxs tutuldu

img

13-01-2020 [13:50]


Bakıda hosteldə əcnəbi vətəndaş qarət olunub.

DİN-nin Mətbuat Xidmətindən Mia.az-a verilən məlumata görə, Səbail Rayon Polis İdarəsinin 39-cu Polis Bölməsinə müraciət edən əcnəbi vətəndaş N.Abakirova yanvarın 5-də hosteldə yaşadığı otaqdan mobil telefonunun və 2000 lirə pulunun oğurlandığını bildirib.

Keçirilən əməliyyat tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini T.Mustafayev saxlanılıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA