Xidmət rəisi ƏƏSMN-in sabiq aparat rəhbərinə vəzifə verdi: “Bu işimə olan məsuliyyətimi daha da artırdı"

img

07-01-2020 [11:41]


Dövlət Miqrasiya Xidmətinin (DMX) İctimaiyyətlə əlaqələr idarəsinə rəis təyin olunub.

Mia.az xəbər verir ki, bu vəzifə DMX-nin İctimaiyyətlə əlaqələr idarəsinin rəis müavini Elnur Kələntərova həvalə edilib.

Bu barədə E. Kələntətov öz “Facebook” səhifəsində məlumat verib: “Bu xəbər işimə olan məsuliyyətimi daha da artırdı. Çalışacağam ki, Xidmət rəisi Vüsal Hüseynovun mənə göstərdiyi yüksək etimadı doğrulda bilim”.

Xatırladaq ki, E.Kələntərov əvvəllər "Space"də işləyib. Daha sonra, daha dəqiqi, Füzuli Ələkbərovun dövründə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində mətbuat katibi və aparat rəhbəri vzəifələrində çalışıb.

Mia.az

img

Digər xəbərlər
SON XƏBƏRLƏR