Daha bir jurnalistin namizədliyi qeydə alındı: "Qarşıda bizi daha çətin mərhələ gözləyir"

img

06-01-2020 [22:41]


"Olaylar" qəzetinin əməkdaşı Süleyman İsmayılbəylinin deputatlığa namizədliyi qeydə alınıb.

Mia.az xəbər verir ki, bu barədə onun özü məlumat verib.

Jurnalist bildirib ki, 48 saylı Yevlax seçki dairəsindən deputatlığa namizədliyi bu gün qeydə alınıb: "Bu müddət ərzində mənə dəstək olan hər kəsə, ilkin olaraq etimad göstərib imza verən bütün rayon sakinlərinə dərin təşəkkürümü bildirirəm. Qarşıda bizi daha çətin mərhələ gözləyir. Ümid edirəm ki, bundan sonra da uğur bizimlə olacaq. HƏR ŞEY YEVLAX ÜÇÜN, HƏR ŞEY YEVLAXLILAR ÜÇÜN.


Digər xəbərlər
SON XƏBƏRLƏR