REAL geri çəkildi, hərəkat Cəmil Həsənlini dəstəklədi

img

13-09-2013 [23:21]


REAL hərəkatı prezident seçkisində Milli Şuranın namizədi Cəmil Həsənlini dəstəkləyəcək.

Qurumun İdarə Heyətinin üzvü Natiq Cəfərli "Media forum” saytına belə deyib. O bildirib ki, prezident seçkisindən kənarda qalmayacaqlar: "REAL hərəkatının dostu, çox hörmətli Cəmil Həsənlini dəstəkləyəcək, onun qələbəsi üçün əlimizdən gələn köməyi əsirgəməyəcəyik”.

Mərkəzi Seçki Komissiyasının REAL-ın lideri, məhbus İlqar Məmmədovu qeydiyyata almamasına münasibət bildirən Natiq Cəfərli deyib ki, qərardan məhkəməyə şikayət verəcəklər: "İlqar Məmmədovun qeydiyyata alınmaması bizim üçün gözlənilməz olmadı. Belə bir qərar olacağını ehtimal edirdik. Çünki hakimiyyət REAL hərəkatını, İlqar Məmmədovu, yeni qüvvələri seçkiyə buraxmaq istəmir. Əgər yeni nəsil siyasətçiləri, o cümlədən İlqar Məmmədovu seçkiyə buraxsaydılar, seçkiyə maraq xeyli artardı. Hakimiyyət isə bunu istəmir”.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA