Cəmil Həsənlinin səlahiyyətli nümayəndəsi istefa verdi

img

11-09-2013 [14:41]


AXCP üzvü Həsən Şıxəliyev partiyadan istefa verib. Bu haqda o, yaydığı müraciətində bildirib. Müraciətdə deyilir: "Mən Həsən Şıxəliyev AXCP-nin Naxçıvan Muxtar Respublika Təşkilatının sədr müavini, İctimai Palatanın üzvü, Milli Şuranın vahid namizədi Cəmil Həsənlinin səlahiyyətli nümayəndəsi olaraq artıq bu yolu davam etdirmək istəmirəm.
Bu gün Milli Şura daxilində gedən xoşagəlməz proseslər məni bu addımı atmağa məcbur edir.
Artıq Milli Şuranı yaradanlar bir-birini tənqid edir, bu qurumdan qoparaq öz ambisiyalarını davam etdirirlər.
Milli Şura sədri Rüstəm İbrahimbəyov artıq Milli Şuraya qarşı çıxış edən Lalə Şövkət Hacıyevanı dəstəkləyib və hər şeyin xoşagəlməz olduğunu qeyd edib. Onun sözləri ilə desək, ümid xalqadır. Hələ Milli Şura sədri "hərəyə bir manat yığaraq" seçki kampaniyasını aparmağı da təklif edib. Düşünürəm ki, müxalifət düşərgəsində seçkidən qabaq və seçkidən sonra istefalar olacaq, eləcədə yeni bir müxalifət formalaşacaq”.
Daha sonra AXCP funksioneri bəyan edib ki, bütün bunları qeyd edərək istefa verir və gələcəkdə fəaliyyətini müstəqil şəkildə davam etdirəcək./pia.az/

***

Həsən Şirəliyevin partiyadan istefası məsələsinə AXCP sədrinin müavini Gözəl Bayramlı münasibət bildirib. Gözəl Bayramlı "Qafqazinfo”ya açıqlamasında bildirib ki, Həsən Şıxəliyevin istefa ilə bağlı müraciəti ilə tanış deyil: "Onunla bir neçə gün əvvəl görüşmüşük. Milli Şuranın vahid namizədi Cəmil Həsənlinin Naxçıvanda imza toplama kampaniyasına rəhbərlik edirdi. Gəlib imzaları da özü Seçki Qərargahına təhvil vermişdi. Amma sizin dediklərinizə əsasən deyə bilərəm ki, müraciətdə sadalananlar əsassız ittihamlardır. Həsən Şıxəliyev fərqli sahədə fəaliyyət göstərmək istəyirsə, edə bilər. Amma bunu Milli Şuranı ittiham etməklə həyata keçirmək doğru deyil. Ümumiyyətlə, biz hər kəsin fikirlərinə, o cümlədən də Həsən Şixəliyevin partiyadan getmək istəməsinə hörmətlə yanaşırıq”.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA