Yazıçı-jurnalistin namizədliyi qeydə alındı: "Əməyi keçən hər kəsə təşəkkür edirəm”

img

27-12-2019 [14:47]


2020-ci ilin 9 fevral tarixində Azərbaycanda keçiriləcək növbədənkənar Parlament seçkilərində iştirak etmək üçün daha bir tanınmış şəxsin namizədliyi qeydə alınıb.

Mia.az xəbər verir ki, xeberleragentliyi.com saytının Baş redaktoru, yazıçı-jurnalist  Yusif Məhəmmədoğlunun (Osmanlı) namizədliyi rəsmən qeydə alınıb.

Qeyd edək ki, Yusif Məhəmmədoğlu (Osmanlı) 86 saylı İsmayıllı Seçki Dairəsindən qeydiyyata alınıb.

Namizəd onu dəstəkləyənlərə təşəkkürünü də bildirib: “Əziz İsmayıllılar və dostlar! Bu gün 9 fevralda keçiriləcək növbədənkənar parlament seçkilərində namizədliyim 86 saylı Seçki Dairəsindən rəsmən qeydiyyata alındı. Əməyi keçən hər kəsə təşəkkür edirəm!”


Digər xəbərlər
SON XƏBƏRLƏR