RAMİL USUBOVUN OĞLUNA YENİ VƏZİFƏ VERİLDİ - Vilayət Eyvazovdan daha bir dəyişiklik

img

27-12-2019 [11:38]


Daxili işlər orqanlarında yeni təyinat olub.

Mia.az BakuPost.az-a istinadən xəbər verir ki, nazir Vilayət Eyvazovun əmri ilə sabiq daxili işlər naziri Ramil Usubovun kiçik oğlu polkovnik Raul Usubov Qaradağ rayon Polis İdarəsinin Mühafizə İdarəsinə rəis təyin edilib.

Mia.az-ın əldə etdiyi məlumata görə isə, DİN-in Baş Mühafizə İdarəsinin Qaradağ Mühafizə Şöbəsinə idarə səlahiyyəti verilib.

Qeyd edək ki, Raul Usubov indiyə qədər Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarışı İdarəsində müxtəlif vəzifələrdə çalışıb.

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR