"Heç vaxt arxamda hansısa "day-day", tapşırıq və sairə olmayıb" - Telejurnalist də seçkiyə qatıldı

img

25-12-2019 [21:48]


Telejurnalist, ATV kanalının aparıcısı Aytən Səfərova da fevralın 9-da keçiriləcək parlament seçkilərinə qatrılıb.

Mia.az xəbər verir ki, bu barədə onun özü açıqlama verib.

.

O, 87 saylı Ağsu-İsmayıllı seçki dairəsindən namizədliyini irəli sürdüyünü bildirərək, Ağsu və İsmayıllı rayon sakinlərindən dəstək istəyib: 

"Hamının dəstəyinə ehtiyacım var. Jurnalist olduğum dövrlərdə sadə xalqın tərəfini tutmuşam, bacardıqca, efir vasitəsilə həmişə insanların problemlərini işıqlandırmağa, onların güzəranında yaranan çətinlikləri lazımı qurumların diqqətinə çatdırmağa çalışmışam. Heç vaxt arxamda hansısa "day-day", tapşırıq və sairə olmayıb. Göydə Allaha, yerdə də xalqımıza güvənmişəm. Məhz sizin rəğbətiniz və isti münasibətinizdir ki, bu gün Aytən Səfərova sadə insanlar arasında tanınan, sevilən və əsası, hörmətlə yanaşılan tək jurnalistlərdəndir. Son 20 il ərzində Ağsudan müxtəlif insanlar millət vəkili seçilib. Nəticə daha doğrusu, nəticəsizlik göz qabağındadır. Sözübütöv, qorxmaz, problemlərinizi səsləndirməyə cürəti çatan bir jurnalistin dəstəyinizə ehtiyacı var".

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR