"Gömrük boğaza kimi bataqlığın içindədir, məqsədiniz nədir Səfər Mehdiyev?" - Ekspertdən sərt ittihamlar
07-12-2019 [01:34]
"Gömrük Komitəsinin sədri Səfər Mehdiyev deyir ki, rüsumların artırılması, depozit məsələsi, ölkəyə gətirilən avtomobillərin ilinin 7 ildən az olmaması barədə məsələlər bizlik deyil, hökumat nə qərar versə, biz də onu icra edirik. Sonra da deyir ki, biz həmin məsələlərlə bağlı hökumətə təklif veririk, onlar nə qərar qəbul etsə, biz də onu icra edirik. Səfər müəllim, daha denən ki, hökuməti aldadıb camaatı incidən qərarlar qəbul edib, sonra da başlayırıq icra etməyə də. Daha niyə sağ qulağı sol əllə qaşıyırsız ki? Həm deyirsiz, bizlik deyil, həm də deyirsiz, təkliflər veririk".
Mia.az xəbər verir ki, bu sözləri nəqliyyat üzrə ekspert Elməddin Muradlı sosial şəbəkədəki hesabında deyib.
O, daha sonra belə yazıb: "And olsun müqəddəs Papanın avtomobilinin zirehli şüşələrinə ki, siz bu addımları əhalinin ekoloji cəhətdən qorunması və sağlamlığı baxımdan atmırsız.
Siz sadəcə, baxıb görürsünüz ki, camaat Gürcüstan nömrəli, Rusiya nömrəli maşınlar sürür, rüsum baha olduğu üçün qeydiyyata aldırmırlar, o üzdən də gömrüyə pul zəif gəlir, ona görə belə edirsiniz. Siz əhalini düşünən olsaydınız, niyə gömrüyə işi düşən hamı sizdən narazı qalır?
Biz təkıif edirik ki, gömrük, ƏDV və aksiz vergilərini avtomobillər üçün 2017-ci ildəki qiymətə salın, hibrid avtomobillərə güzəşt edin, ondan sonra ili təzə maşınlardan danışarıq.
Dövlət çalışır ki, köhnə maşınları istismardan yığışdırsın, bunun üçün insanların yeni avtomobil almasına imkan yaratmaq lazımdır.
Məsələn, 90-cı ilin avtomobilini satıb, çıxdaş edib 2000-ci illərin maşınını almaq mümkün olsun".
Ekspert bildirib ki, insanlar Gürcüstanda 3 min manata maşın alır, ancaq Səfər Mehdiyevin rəhbərlik komitə ona 6 min rüsum tələb edir: "Adam gedib Amerikadan 5 minə maşın alır, siz dirəşirsiniz ki, bu maşın Azərbaycanda 15 mindir və rüsumu da 5 minə yox, 15 minə uyğun hesablayıb, alırsız. Gömrük boğaza kimi bataqlığın içindədir, camaatı incitməklə məşğuldur. Atdığı bütün addımlar insanların ziyanına olur və ciddi etirazlar yaradır. Bu həssas dövrdə sizin məqsədiniz nədir, hörmətli Gömrük Komitəsi?".
Elməddin Muradlının sözlərinə görə, Gürcüstan hibrid avtomobillərə güzəşt edib - 60 faiz. İran edib, başqa dövlətlər isə çoxillik planlar işləyir, hətta, hibrid və elektromobil gətirənlərə dövlət özü dəstək olur, pul ayırır: "Siz deyirsiz ki, hibrid üçün güzəşt məqəsədəuyğun deyil. Çünki o maşınlardan çox pul qazana bilmirsiz, eləmi?
Bu gün Azərbaycanın şimal rayonlarında Rusiya, qərb rayonlarında və Bakı da daxil olmaqla hər yerdə Gürcüstan nömrəli avtomobillər sürülür. Niyə?
Çünki siz rüsumları artırıb avtomobilin real qiymətindən 2-10 dəfə çox tələb edirsiniz. Sizin sayənizdə avtomobil bazarı çöküb. Adam küçəyə çıxanda gürcü nömrələrini görüb, özünü Gürcüstanda hiss edir.
Bütün bunlar sizin "xidmətinizin" nəticəsidir. Gürcüstana Almaniyadan, Yaponiyadan, Amerikadan gömrük rüsumları daxil 5 minə gətiriən avtomobil nə üçün Azərbaycanda keçəndə 15 min olur?
Olmaya siz o maşına qızıl disklər, brilyant şüşələr qoyursuz? Nə üçün imkan vermirsiz ki, Azərbaycan avtomobil bazarı sahəsində Gürcüstanın aslılığından xilas olsun?".
Mia.az
Ceyhun Bayramov Qəbələdə - Hakan Fidanla görüş olub
Arzu Əliyeva Şamaxıda - FOTOLAR
YENİ İLDƏ NEÇƏ GÜN İŞ OLMAYACAQ?
Ermənilər Bakıda hakim qarşısında: Gəncəyə zərbələrlə bağlı sənədlər elan edilib (YENİLƏNİB)
Hakan Fidan Qəbələdədir
İctimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşına 11 bıçaq zərbəsi vurulub - Şirvanda (Yneilənib)
Ağsaqqallar Şurasının keçmiş sədri haqda yeni qərar verildi - Saleh Səmədov həbsdə qalacaq
Özbəkistan yığması məşhur Baş məşqçiyə həvalə olundu
"Sənə zəng edirəm, niyə telefonu qaldırmırsan?" - Deputatan şirkət rəhbərinə qəzəbli mesaj
Özbəkistan Prezidenti Azərbaycana səfərə gəlib - FOTO
İlham Əliyev Qəbələdə Şimali Kiprin Prezidenti ilə görüşüb
Tokayev Qəbələyə gəlib
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Rodri İspaniya yığmasının heyətindən kənarlaşdırıldı - Səbəb
“Bakcell”in meqa lotereyasının qalibi bəlli oldu - FOTO
9 saxta tanınma şəhadətnaməsi aşkarlanıb
Zakir Həsənov Böyük Britaniya səfiri ilə görüşüb - Müzakirə
Türkiyədə fahişə alverinə qarşı əməliyyat: aralarında ər-arvadlar da olan 16 nəfər saxlanılıb (FOTO)
"Qalatasaray"ın futbolçusu bir ay meydana çıxa bilməyəcək
Qırğız Prezidenti Qəbələyə gəlib
Müğənni İzzət Bağırov 50 illik yubileyə hazırlaşır
Dilarə Əliyeva özünü Faiq Ağayevdən üstün sayır: "Mənim "stand-up"ımın bileti 150 manatdır"
Kamran Sadıxlı yeni vəzifəyə gətirildi
Zaqatala-Balakən zonasını böcəklər basıb
"Nazirin bu qurumla münasibətləri daim soyuq olub..." - Ekspert maraqlı faktları sadaladı
2025-ci il tibb üzrə Nobel mükafatını onlar aldı - SİYAHI
Viktor Orban Azərbaycana gəlib (Yenilənib)
İstanbulda bərə estakadaya belə çırpıldı - VİDEO
CHP-də daha bir istefa olub
Ersin Tatar Qəbələyə gəlib - FOTO
Qarabağ bölgəsində daha 1 432.8 hektar ərazi minalardan təmizlənib
Bərdədə zavodda partayış: cinayət işi başlanıb
Sabah yağış yağacaq
Sevil Əliyevanın oğlu evlənib - FOTOLAR
İKİ PROREKTOR VƏZİFƏDƏN AZAD EDİLDİ - Nazirdən dəyişikliklər
Dünən hökumət qurdu, bu gün istefa verdi - Fransaın baş naziri getdi
Prezident Qəbələdə Türk Dövlətləri Təşkilatının Baş katibini qəbul edib - Nələr müzakirə olunub?
Türkmən xalqının Milli Lideri Qəbələyə gəlir
İlham Əliyev Qəbələdə Binəli Yıldırımı qəbul edib - FOTO
TƏHSİLİMİZ ÜÇÜN BİR İTKİ - Məktəb direktoru vəfat edib