Əli Kərimliyə və Milli Şuraya qarşı təxribat oldu

img

10-09-2013 [14:15]



"Publika.az” saytı AXCP sədri Əli Kərimlinin adından Milli Şuranın dağılmağa doğru getdiyi barədə açıqlama yayıb. Əli Kərimlinin "facebook” səhifəsinə istinadən yayılan açıqlamada deyilir: "Azərbaycan müxalifətinin bu günə qədər ən böyük birliyi Milli Şuradır. Amma çox təəssüf hissi ilə qeyd edirəm ki, Milli Şura parçalanmağa gedir. Buna səbəb müxalifət daxilində olan bəzi üzündə maska olan insanlardır. Əziz xanımlar və bəylər, biz AXCP olaraq hər zaman müxalifəti birləşdirməyə çalışmışıq. Amma mənə elə gəlir ki, buna dəyməzmiş”.

AXCP sədrinin müavini Fuad Qəhrəmanlı isə bildirib ki, Əli Kərimli nə heç bir media orqanına açıqlamasında, nə də "facebook”da bu cür açıqlamalar verməyib. Sayt AXCP sədrinin adından yalan fikirləri yayıb: "İstənilən şəxs Əli Kərimlinin "facebook” səhifəsinə daxil olub baxa bilər. Orada Əli bəy o cür fikirlər yerləşdirməyib. Bu, Əli Kərimlinin adından yayılan uydurma fikirlərdir, təxribatdır. Məqsəd Milli Şura barəsində cəmiyyətdə çaşqınlıq yaratmaqdır. Çünki hakimiyyətin Milli Şura ilə bağlı həyata keçirmək istədiyi bütün layihələr iflasa uğrayıb. Ona görə də bu cür yalan məlumatlar yaymaqla məşğuldurlar. Bu, ilk növbədə həmin saytın özünə inamın itməsinə gətirib çıxarır. Bəlli olur ki, o cür saytların işi hakimiyyət lazım olan yalanları tirajlamaqdan ibarətdir”.

musavat.com


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA