Cəmil Həsənlinin imza vərəqələri MSK-ya təqdim olundu

img

08-09-2013 [14:24]


Milli Şuranın prezidentliyə vahid namizədi Cəmil Həsənlinin imza vərəqələri və mülkiyyəti ilə bağlı arayış bir qədər əvvəl Mərkəzi Seçki Komissiyasına təqdim edilib. Məlumatı Musavat.com-a Müsavat Partiyası başqanının müavini Gülağa Aslanlı verib.

Onun sözlərinə görə, 893 imza vərəqində 44 595 imza toplanıb. İmzalar bütün 125 seçki dairəsi ərazisindən toplanıb və qanunvericiliyin tələblərinə əməl olunub.

Belə ki, qanunla 60 dan çox dairənin ərazisindən 50 və daha artıq imza toplanması tələb olunur. Cəmil Həsənlinin ısçki qərargahı isə 120 seçki dairəsi ərazisindən 50 və daha artıq imza toplanmasını təmin edib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA