Ehtiyatda olan zabit: "Şəhid övladına səs verin!" -  Zaur Məmmədov cəbrayıllı seçicilərlə görüşdə "seçkiyə gəlin..." çağırışı etdi  + FOTOLAR -
 

Azərbaycanda maşınların qiyməti qalxır - Gömrük Komitəsinin mesajı daxili bazarda durğunluq yaradıb 

Bakı Nəqliyyat Agentliyi cərimələndi

107 saylı dairədən xanım namizəd Prezidentə şikayət etdi: "Onlara seçkiyə müdaxilə gücünü kim verib?" - FOTOLAR

"Hospitaldayam" - İqbal Ağazadə ilə Rauf Arifoğlunun bir-birini təhdid etdiyi dairədə nə baş verir?

Ərdoğan zəlzələdə ölən ana və uşağın cənazəsini çiyinində daşıdı: "Heç kəsin diqqətdən kənarda qalmayacaq"

PARTİYA DEPUTATLA BAĞLI MSK-ya ŞİKAYƏT ETDİ - İcra başçısının müavini niyə görüşlərə qatılır? + FOTOLAR

Etibar Pirverdiyevin Tbilisidə də şərikli şirkəti varmış... - "Azərenerji"nin sabiq rəhbəri haqda yeni məlumatlar yayıldı + Sənədlər

"Bu yaşda insan mübarizə aparmaz, iddiada olmaz, yol kəsməz" - Prezident təqaüdçüsündən yazıçı Anara sərt etiraz

Prezident İlham Əliyev Türkiyədə zəlzələ zonasında oxuyan azərbaycanlı tələbələrlə bağlı tapşırıq verdi

YAP-ın seçki qərarına məhəl qoymayanlar partiyadan qovulacaq - Seçkidə ikitirəlik yaradan namizədlərə mesaj verildi

YAP-ın RƏSMİ QƏRARINI POZAN HEYDƏROVUN KÖMƏKÇİSİ, YAXUD SƏDAQƏT VƏLİYEVANIN MÜAVİNİ... - Partiya ona sərt üzünü göstərəcəkmi?

Hakimlərin məzuniyyət haqqının hesablanması qaydası... - Əli Əsədovdan qərar

img

07-12-2019 [17:25]


Nazirlər Kabineti "Hakimlərə məzuniyyət haqqının hesablanması Qaydası”nı təsdiqləyib.

Bununla bağlı qərarı Baş Nazir Əli Əsədov imzalayıb.

Yeni qaydalar "Məhkəmələr və hakimlər haqqında” qanunun 107-ci maddəsinin birinci hissəsinin ikinci cümləsinə uyğun olaraq hazırlanıb və hakimlərə məzuniyyət haqqının hesablanması qaydasını müəyyən edir və məzuniyyət haqqının ödənilməsi üçün əmək haqqının hesablanması qaydası hakimə istifadə edilməyən məzuniyyətə görə kompensasiya ödənilərkən də tətbiq edilir.

Qərarda qeyd olunub ki, məzuniyyət vaxtı üçün ödənilən orta əmək haqqı onun hansı iş ili üçün verilməsindən asılı olmayaraq, məzuniyyətin verildiyi aydan əvvəlki 12 təqvim ayının orta əmək haqqına əsasən müəyyən edilir. 12 təqvim ayından az işləyib məzuniyyətə çıxan hakimin orta aylıq əmək haqqı onun faktiki işlədiyi tam təqvim aylarına əsasən hesablanır.

Məzuniyyət günlərinin əmək haqqının müəyyən edilməsi üçün məzuniyyətdən əvvəlki 12 təqvim ayının əmək haqqının cəmlənmiş məbləği 12-yə bölünməklə orta aylıq əmək haqqının məbləği tapılır və alınan məbləğ ayın təqvim günlərinin orta illik miqdarına - 30,4-ə bölünməsi yolu ilə bir günlük əmək haqqının məbləği müəyyən edilir. Bu qayda ilə müəyyən edilmiş bir günlük əmək haqqının məbləği məzuniyyətin müddətinin təqvim günlərinin sayına vurulur.

Hakimə məzuniyyət vaxtı üçün orta əmək haqqı məzuniyyətin başlanmasına ən geci 3 (üç) gün qalmış ödənilir.

Qərara əsasən, məzuniyyət vaxtı üçün orta əmək haqqının hesablanması zamanı aşağıdakı ödənişlər nəzərə alınır:

- faktiki işlənmiş vaxt üzrə vəzifə maaşı;

- vəzifə maaşına ödənilən bir aylıq vəzifə maaşı həcmində əlavə;

- hakimlik stajına və prokurorluq orqanlarındakı xidmət illərinə görə əlavə;

- Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimlərinə ödənilən yüksək hüquqi ixtisasa görə vəzifə maaşına əlavə;

- elmi dərəcəyə görə vəzifə maaşına əlavə;

- fəxri ada görə aylıq təqaüd;

- səlahiyyətlərin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün hakimlərə ödənilən aylıq pul təminatı;

- müvəqqəti əvəzetməyə görə ödəmə;

- nqanunvericilikdə hakimlərin iş yerlərinin və əmək haqqının saxlanıldığı hallarda ödəmələr;

- məcburi işburaxma dövrünün ödənilməsi;

- əmək qabiliyyətini müvəqqəti itirməyə, hamiləliyə və doğuma görə müavinətlər;

- dəniz səviyyəsindən 1200 metrdən yüksəklik yerlərdə əmsallar üzrə əlavə ödənişlər.

- Məzuniyyət vaxtı üçün orta əmək haqqının hesablanması zamanı aşağıdakı ödənişlər nəzərə alınmır:

- birdəfəlik xarakter daşıyan mükafatların bütün növləri, yubiley və bayram günləri, anadan olan günlərlə bağlı və digər analoji hallarda verilən həvəsləndirici ödənişlər;

- ilk dəfə hakim vəzifəsinə təyin olunan şəxslərə hakimlik fəaliyyətinin birinci ilində və sonrakı 4 (dörd) il ərzində ildə bir dəfə ödənilən birdəfəlik yardım;

- müalicə olunması üçün verilən iki aylıq əmək haqqı məbləğində pul təminatı;

- məzuniyyətə çıxdıqda verilən iki aylıq əmək haqqı məbləğində müavinət;

- zamiyyə xərcləri;

- birinci instansiya məhkəmələrinin hakimlərinə verilən dəftərxana ləvazimatlarının dəyəri;

- sanatoriya-kurort müalicəsinə və istirahət evlərinə yollayışların dəyəri;

- istifadə edilməmiş əmək məzuniyyətlərinə görə ödənilən kompensasiya.

Report
Digər xəbərlər
SON XƏBƏRLƏR