Asiya İnkişaf Bankına yeni rəhbər seçilib

img

02-12-2019 [14:27]


Asiya İnkişaf Bankının (AİB) İdarə Heyəti Yaponiya Baş nazirinin maliyyə məsələləri üzrə müşaviri Masatsuqu Asakavanı təşkilatın yeni prezidenti seçib.

Bu barədə "Sinhua" agentliyi məlumat yayıb.

"Cənab Asakavanın beynəlxalq maliyyə sahəsindəki zəngin və rəngarəng təcrübəsi AİB-in çiçəklənən və sabit Asiya-Sakit Okean regionu konsepsiyasını həyata keçirməsinə kömək edəcək", - İdarə Heyətinin sədri Hon Nam Qi deyib.

Qeyd olunur ki, AİB-nin yeni rəhbəri vəzifəsinin icrasına gələn il yanvarın 17-də başlayacaq.

Sentyabrda AİB-nin hazırkı prezidenti Takehiko Nakaonun 2020-ci il yanvarın 16-da vəzifəsindən ayrılacağı bildirilmişdi/Report.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:27 06.10.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA