Bələdiyyə seçkilərində bu partiyalar iştirak edəcək - SİYAHI

img

30-11-2019 [12:47]


"Dekabrın 23-ü keçiriləcək bələdiyyə seçkilərində iştirak edəcək partiyaların sayı 13-dür".

Bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov deyib.

O bildirib ki. həmin siyasi partiyaların səlahiyyətli nümayəndələri qeydiyyata alınıb:

"Seçkilərə qatılan və qeydə alınan namizədlərin təxminən üçdə biri siyasi partiyaların namizədləridir. Siyasi partiyaların fəallığı, seçkilərdə fəal iştirak etməsi yaxşı göstəricidir".

Qeyd edək ki, bələdiyyə seçkilərində Yeni Azərbaycan Partiyası (YAP), Azərbaycan Demokratik İslahatlar Partiyası, Böyük Quruluş Partiyası, Vətəndaş Birliyi Partiyası, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası, Milli Dirçəliş Hərəkatı Partiyası, Azərbaycan Demokrat Maarifçilik Partiyası, Azərbaycan Sosial Demokrat Partiyası, Azərbaycan Ümid Partiyası, Ana Vətən Partiyası və Vətəndaş Həmrəyliyi Partiyası, Vəhdət Partiyası və Azərbaycan Respublikaçılar Partiyası bələdiyyə seçkilərində iştirak üçün müraciət edib və onların nümayəndələri qeydə alınıb/Report.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA