ABŞ-ın Azərbaycandakı səfirliyində vakant iş var - Maaşı 5500 dollardır

img

27-11-2019 [12:00]


ABŞ-ın Azərbaycandakı səfirliyi "Protocol Assistant” (Protokol xidmətləri üzrə köməkçi) vəzifəsinə vakansiya elan edib.

Mia.az Report-a istinadla xəbər verir ki, bu vəzifəyə iddialı olan şəxslərin Azərbaycan, ingilis və rus dillərini bilmələri tələb olunur.

Vakansiya ilə bağlı Azərbaycan vətəndaşları və xarici vətəndaşlar müraciət edə bilərlər. 

İş vaxtı həftədə 40 saat olan vəzifə üçün hər saata görə 32 ABŞ dolları məbləğində maaş ödənilir (aylıq təqribən 5 500 dollar).

Vakansiya ilə bağlı müraciət üçün son tarix 4 dekabr 2019-cu ildir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA