"DALIYCAN QAÇIB, TUTDUM..." - Bakıda partiya sədrinin evinin gecəyarısı işığını kim və niyə kəsib? - Şok olay

img

27-11-2019 [11:21]


"Təxminən ay yarım öncə gecə saatlarında naməlum şəxs tərəfindən evimə gələn əsas elektrik xətti xüsusi alətlə kəsilmiş, qaz sayğacından evə qaz dolmasını xəbərdar edən xətt sıradan çıxarılmışdır”.

Mia.az xəbər verir ki, bunu Ümid Partiyasının sədri İqbal Ağazadə sosial şəbəkədəki hesabında yazıb. 

Partiya sədri bildirib ki, baş verən hadisə ilə bağlı  hüquq- mühafizə orqanlarına şikayət ərizəsilə müraciət edərək olayın araşdırılmasını xahiş edib. Ərizəsinə video görüntüləri də əlavə edib: 

"Hadisəni törədən şəxsin kimliyini müəyyən etmək o qədər də çətin deyildi. Lakin keçən günlər ərzində bununla bağlı ciddi bir nəticə əldə edilmədi.

Bu gün yenə də gecə saatlarında qəflətən işıqlarımız söndü. Qonşuların işıqlarının yanması məndə olayın təkrarlandığı qənaəti yaratdı. Dərhal küçəyə çıxdım və işığı kəsən adamın qaçdığının şahidi oldum. Uzun təqibdən sonra şəxsi yaxaladım. Əlində xüsusi kəsici alət və özünü müdafiə üçün idman çubuğu var idi. (Nunçaku) Müqavimət göstərsə də, onu saxlamağa müvəffəq oldum. 

Şəxs rus millətindən olan, idmanla profesional məşğul olduğunu deyən birisi idi. Heç bir sualıma cavab vermədi. Danışdırmağa cəhd etsəm də sadəcə susdu. Bu hərəkətini niyə edib, məni və evimi necə tanıdığı barədə heç bir cavab vermədi. 

Bunu sıradan bir hadisə hesab etmirəm. Məni tanımayan, o cümlədən mənim tanımadığım birinin belə hərəkəti səbəbsiz və sifarişsiz deyil. Qənaətlərimi hələ bölüşmək niyyətində deyiləm. Çünki şəxsi hüquq - mühafizə orqanlarına təhvil vermişəm. (Xətai rayon 37- ci polis bölməsinə) 

Heç kim, o cümlədən istintaq aparan şəxslər bu olayın təsadüf və ya adamın psixoloji problemi olması ilə izah etməyə çalışmasın. Bizə də məlum olan bəzi məsələlər var artıq.

Hüquq- mühafizə orqanlarından, xüsusilə cənab nazir Vilayət Eyvazovdan hadisənin profesional araşdırılması üçün gərəkilən tapşırıq verməsini xahiş edirəm”.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA