“Gömrük Komitəsi Prezidentin göstərişini sabotaj edir” - Sabiq deputatdan "gürcü maşınları" ilə bağlı sərt ittiham

img

26-11-2019 [10:26]


"Gömrük Komitəsi qanunsuz olaraq Gürcüstan nömrəli avtomobillərə depozit tələb edərək Prezidentin göstərişini sabotaj edir”. 

Mia.az xəbər verir ki, bu sözləri sabiq deputat, iqtisadçı ekspert Nazim Bəydəmirli deyib.

O bildirib ki, bir neçə il bundan öncə Prezident İlham Əliyev Gürcüstana səfəri zamanı soydaşlarımızın müraciətini nəzərə alaraq, həmin depozit normasını ləğv edib:

"Nazirlər Kabinetinin minik avtomobillərinin müvəqqəti idxalı ilə bağlı 305 saylı qərarında da heç bir depozit anlayışı yoxdur. Beləliklə, Gömrük Komitəsinin İçtimaiyyətlə əlaqələr şöbəsinin adından yayılan bəyanat həqiqəti əks etdirmir və əhalini çaşdırmağa yönəlib. Bu qurum həm də Prezidentin, Nazirlər Kabinetinin müvafiq qərarlarını pozur, öz bildikləri kimi yozurlar”.

Sabiq deputat qeyd edib ki, ölkələrarası avtomobil tranziti və müvəqqəti idxal həm də dövlətlərarası müqavilələrə, beynəlxalq konvensiyalara uyğun tənzimlənir: "Eşitdiyimə görə, Gürcüstan tərəfi də Azərbaycan gömrüyünün bu özfəaliyyətinə görə Gürcüstan ərazisinə daxil olan Azərbaycan nömrəli avtomobillərə 8000 lariyə qədər depozit almağı planlaşdırır”.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA