Milli Qəhrəmanın anası Əli İnsanova mesaj verdi: "Adımı hallandırmayın"

img

25-11-2019 [15:03]


Milli Qəhrəman anası  Qalibə Budaqova Əli İnsanovun yaratdığı partiyada (Haqq və Ədalət Partiyası)  təmsil olunması ilə bağlı məlumatı təkzib edib.

Mia.az xəbər verir ki, o, bu məlumatın yalan olduğunu bildirib: "Heç bir partiyanın və heç bir partiyanın təşkilat komitəsinin üzvü olmamışam. Mən uzun müddətdir ki, xəstəyəm və müalicə altında olduğum üçün heç evdən belə çıxa bilmirəm. Xahiş edirəm, mənim adımı heç bir partiya üzvlüyü ilə hallandırmasınlar!".

Xatırladaq ki, ötən gün Əli İnsanovun feysbuk-dakı səhifəsində yayılan məlumatda Bakı şəhəri 23 saylı orta məktəbin sabiq direktoru, Azərbaycan Respublikası şəhid Milli Qəhrəmanı Tahir Həsənovun anası, Azərbaycan Milli Qəhrəman Ailələrinin Sosial Müdafiəsi İctimai Birliyinin sədri Qalibə Budaqovanın adı Haqq Ədalət Partiyasının təşkilat komitəsinin 15 nəfərlik üzvlərin siyahısınnda hallanıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA