Kənd Təsərrüfatı Nazirliyində 13 milyonluq tender: eyni şirkətlə daha bir müqavilə imzalanıb

img

19-11-2019 [15:12]


Kənd Təsərrüfatı Nazirliyi (KTN) Göygöl rayonunda heyvandarlıq kompleksinin tikintisi  üçün 12 milyon 750 min 533, 22 manatlıq müqavilə imzalayıb. 

Müqavilə "Fasad-F” MMC ilə bağlanıb. 

Vergilər Nazirliyinin reyester məlumatlarına görə,  "Fasad-F” MMC 7 oktyabr 2016-cı ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 100 manat olan şirkətin qanuni təmsilçisi Cəfərov Fəxri Aydın oğludur. 

"Fasad-F” MMC-nin hüquqi ünvanı isə Bakı şəhəri Nəsimi rayonu, Hüseynbala Əliyev 3 mk, ev 16, mənzil 57-dir.

Açıq mənbələrdə şirkətin qanuni təmsilçisi barədə heç bir məlumata rast gəlinmir. Maraqlıdır ki, 3 ildir yaranan şirkət KTN-in iri layihələrində iştirak edir. Bu ilin oktyabr ayında KTN aqrar yönümlü peşə təhsili məktəbinin tikintisi ilə bağlı "Fasad-F” MMC-lə müqavilə bağlayıb. 

Müqavilənin məbləği 5 milyon 771 min 621 manat olub/Yenisabah.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA