Məhkəmə “Nida”çıları həbsdə saxladı

img

05-09-2013 [17:04]


Bakı Apellyasiya Məhkəməsi "Nida” Vətəndaş Hərəkatı üzvlərini azadlığa buraxmaqdan imtina edib. 

Vəkil Əsabəli Mustafayev "Media forum” saytına açıqlamasında deyib ki, sentyabrın 5-də "Nida” üzvləri Rəşad Həsənov, Bəxtiyar Quliyev həbs müddətinin uzadılmasından verilən şikayətlərə baxılıb. Məhbus gənclərin özləri də məhkəməyə gətiriliblər. Vəkil deyib ki, sentyabrın 5-də proses Rəşad Həsənovun onuncu məhkəmə prosesi olub: "Bu proseslərin hamısı həbs qərarının qanunsuz sayılması və Rəşad Həsənovun azadlığa buraxılması üçün verdiyimiz şikayət və vəsatətlər üzrə keçirilib. Amma bütün proseslərdə hakimlər prokurorun dediyi kimi hərəkət ediblər, onun vəsatətlərini təmin ediblər. Vəkilin və məhbusların vəsatətləri isə dinlənilmir, təmin edilmir. Biz nə arqument gətiririk xeyri olmur. Sentyabrın 5-də də elə oldu və Nəsimi Rayon Məhkəməsinin həbs müddətinin 3 ay uzadılması haqda qərar qüvvədə saxlanıldı”.

Vəkil qeyd edib ki, Rəşad Həsənovun həbsi ilə bağlı şikayəti Avropa İnsan Hüquqları Məhkəməsinə göndəriblər. Bakı Apellyasiya Məhkəməsinin qərarı da şikayətə əlavə olunacaq.

Avqustun 28-də Nəsimi Rayon Məhkəməsi "Nida” Vətəndaş Hərəkatının üzvləri Rəşad Həsənov, Bəxtiyar Quliyev və həbs müddətini 3 ay uzadıb. Bəxtiyar Quliyev martın 8-də, Rəşad Həsənov martın 14-də həbs olunublar. Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsi gəncləri qanunsuz olaraq partlayıcı maddə əldə etmə, saxlama, daşıma və gəzdirmədə günahlandırır. Bu iş üzrə "Nida”nın daha 4 üzvü həbsdədir. İstintaqın iddiasına görə, gənclər martın 10-da Bakıda kütləvi aksiya zamanı "Molotov kokteyli”ndən istifadəyə hazırlaşırmışlar.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA