Bakıda partiya qərargahına hücum olub

img

03-09-2013 [11:32]



"Bu gecə KXCP-nin ofisinə təxribat xarakterli hücum olub". Bunu ANS PRESS-ə açıqlamasında Klassik Xalq Cəbhəsi Partiyası, Təbriz (Nərimanov) rayon şöbəsinin sədri, Klassik Xalq Cəbhəsi Partiyasının sədr müavini Xəzər Teyyublu bildirib.

X.Teyyublu qeyd edib ki, partiyanın giriş hissəsində dövlət bayrağının asıldığı yer sındırılıb və aparılıb: "Ancaq qərargaha daxil ola bilməyiblər. Azərbaycanın müstəqillik mübarizəsində xidməti olmuş partiyanın qərargahına və dövlət bayrağına hörmətsiz davranış hamımızı narahat edir".

Müsahibimiz, bunu KXCP-na qarşı seçkiqabağı təxribat kimi qiymətləndirdi: "Bu, partiyamıza qarşı bir təxribatdır. Partiyanin ofisinin yanında dövlət obyekti var və çəkiliş kamerası polis orqanlarına imkan verir ki, bu hadisəni araşdırıb qiymət versin".
X.Teyyublu bununla bağlı Nərimanov RPİ-nə məlumat verməyə hazırlaşdığını deyib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA