Teleaparıcı Xose Bernardo və qardaşının bıçaqlanması ilə bağlı cinayət işi açılıb

img

12-11-2019 [11:43]


Teleaparıcı Xose Bernardo və qardaşı Rafael Hüseynovun bıçaqlanması hadisəsi ilə bağlı cinayət işi başlanılıb.

Mia.az DİN-ə istinadla xəbər verir ki, Pirallahı Rayon Polis Şöbəsində (RPŞ) fakt üzrə Cinayət Məcəlləsinin 126-cı (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanılıb, araşdırma aparılır.

Qeyd edək ki, hadisə noyabrın 10-da Pirallahı rayonu Xanlar 29 ünvanında baş verib.

Belə ki, 1985-ci il təvəllüdlü Abutalıb Hüseynov X.Bernardo və onun qardaşı R.Hüseynovu mübahisə zəminində bıçaqlayıb. Yaralıların hər ikisi 3 saylı Şəhər Xəstəxanasına yerləşdirilib.

X.Bernardo ilkin tibbi yardımdan sonra ambulator müalicəyə buraxılıb. R.Hüseynov isə əməliyyat olunub.

İlkin məlumata görə, həkimlər R.Hüseynovun vəziyyətinin orta-ağır kimi qiymətləndiriblər.

Pirallahı RPŞ əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən əvvəllər məhkum olunmuş A.Hüseynov saxlanılıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR
13:00 16.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA