“WhatsApp”da gizlilik parametrləri dəyişdirilib

img

07-11-2019 [15:24]


"WhatsApp” mesencerində qruplar üçün gizlilik parametrləri yeniləndirilib.
 
Şirkətin bloqunda verilən məlumata görə, bundan belə istifadəçilərin qruplara yeni üzvlərin dəvətinə nəzarət imkanları genişlənir. 
 
Belə ki, yeni iştirakçı yalnız bütün istifadəçilərin razılığı ilə çata dəvət oluna bilər. Razılıq vermək üçün "Gizlilik”, daha sonra "Qruplar” bölməsinə daxil olaraq qruplara dəvətin bir neçə variantından birini seçmək lazım gəlir.
 
Başqa bir funksiya vasitəsilə istifadəçi onu çata dəvət edəcək müsahibini seçmək imkanı əldə edir/Report.

Digər xəbərlər
SON XƏBƏRLƏR
09:20 06.06.2025

Bayram namazı qılınıb

16:17 05.06.2025

Pirquluda zəlzələ olub