06-11-2019 [18:54]
Mia.az "Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlunun APA-ya müsahibəsini ixtisarla oxucularına təqdim edir:
- Yeni çıxan dövrlərdə qəzetin tirajı 15-20 mini əhatə edirdi. Təbii ki, buna o dövrkü gərgin ictimai-siyasi mühit də təsir edirdi. Lakin indi qəzetin tirajı 4-5 min səviyyəsindədir. Bunun kökündə təkcə print-medianın elektron mediaya uduzması dayanır, yoxsa başqa səbəblər də var?
- Səbəb budur ki, artıq dünyada, xüsusi ilə Azərbaycanda print-media çökməkdədir. Yalnız print-media kimi qalsaydıq, mən redaksiyada heç beş-altı adam da saxlaya bilməzdim, ümumiyyətlə, "Yeni Müsavat”ın yaşaması belə mümkün olmazdı. Biz istehsalçı olaraq, qəzetə diqqəti azaltmamışıq, sadəcə, oxucu artıq xəbəri telefondan oxuyur. Burada bizim edə biləcəyimiz bir şey yoxdur. Artıq evlərdə və ofislərdə televizorlar saatlarla söndürülmüş vəziyyətdə qalır, hər kəs xəbəri hər dəqiqə telefonundan alır. Bu durumu vaxtında sezdik və qəzetlər içərisində ilk olaraq biz bu prosesə adaptə olduq. Biz uğurlu adaptasiya prosesini həyata keçirə bildik deyə, bu gün yaşayır və mövcud olmağa davam edirik.
- "Yeni Müsavat” fəaliyyətə başlayanda müxalifət qəzeti statusunda idi. İndi də həmin status qalırmı?
- Mərhələlərə bölsək, ilk vaxtlar ideoloji-siyasi qəzet statusunda idik. Səbəb də o idi ki, biz Azərbaycana müsavatçılıq ideologiyasını gətirmək istəyirdik, Müsavatın qayıdış prosesinə flaqmanlıq edirdik. Daha sonra ictimai-siyasi qəzet olduq. Həmin periodda biz müxalifət düşərgəsində əsas komponent olan Müsavat Partiyasının yanındaydıq, onunla bərabər hərəkət edir, onun maraq və mövqelərindən, informasiya siyasətindən çıxış edirdik. Daha sonra isə biz müstəqilləşdik, depolitizasiya konsepsiyası əsasında xəbər qəzeti statusuna keçdik. Hazırda bizim media qrupunun həyata keçirdiyi informasiya siyasəti tamamilə fərqlidir; siyasi düşərgələrin və siyasi liderlərin maraqları ilə deyil, media qrupumuzun və kollektivimizin maraqlarından çıxış edirik.
- Yəni "Yeni Müsavat”a daha müxalifət qəzeti demək olmaz?
- Tənqidçi mövqedə olan media quruluşu demək olar.
- Qəzetdə tətbiq etdiyiniz hər hansı prinsiplər, daxili senzura varmı?
- Yaradıcılıqla bağlı deyirsinizsə, daxili senzura var və bu, bizi incidir, əzir, yaradıcılıq eqomuzu içəridən gəmirir. Bəzən adi bir xəbəri də hüquqşünasımızla məsləhətləşib, sonra veririk. Yəni narahatlığımız var və bu, Azərbaycandakı mətbu mühitə aid neqativlərdən biridir. Özünüsenzura günün ən mühüm tələblərindən birinə çevrilib.
- Bunun qarşısını necə almaq olar?
- Bunun qarşısını almaq üçün dövlət özünün informasiya siyasətinə yenidən baxmalıdır. Biz bəzən hansısa vəzifəli məmurla bağlı xəbəri yaymağa qorxuruq, çəkinirik. Baxmayaraq ki, həmin xəbər artıq sosial mediada trendə çevrilir, "Youtube"də tiraj yığır və bəzən milyonlarla oxuyan-baxan olur. Lakin biz media qrupumuza zərər verər deyə, çəkinirik və milyonluq xəbəri səhifələrimizə qoymuruq. Belə bir durum bizi və digər media nümunələrini sözün bütün mənalarında kiçildir.
Hesab edirəm ki, informasiya siyasətinə aid bu durum aradan qaldırılmalıdır. Azərbaycanda fəaliyyət göstərən, ənənəsi olan, vətənə, millətə, dövlətə bağlı media quruluşlarına daha geniş imkanlar verilməlidir. Əks halda, sosial media bizim əlimizdən oxucunu, dinləyicini, seyrçini alır. Azərbaycan mediasından tənqidi rakursu yığışdırmaq olmaz. Tam tərsinə, Avropa malına çevrilmiş tənqidi yenidən transfer etməyə ehtiyac var. Heydər Əliyevin dövründə olduğu kimi, canlı yayın konsepsiyası ilə ictimai-siyasi müzakirələrə başlamaq lazımdır. Narazı elektorata, yəni narazı Azərbaycan vətəndaşına xitab edən ictimai fiqurların, rəy və siyasi liderlərin efirdə görünməsini təmin etmək zəruridir. Onlar niyə getsin Avropadan yayım yapan "Youtube" platformalarında, "Facebook"da fikirlərini ifadə etsinlər? Biz nə üçünük? Sosial mediada hazırda bir xəbər anarxiyası var, sistemsizlik, cəzasızlıq, söyüş-təhqir mühiti hökm sürür. Və bu mühit hər gün daha çox Azərbaycan ictimai rəyinə otuzdurulur... Bu dediklərim edilməyəcəyi təqdirdə kənar platformalar Azərbaycanın ictimai rəyini getdikcə daha çox yönləndirəcək. İnformasiya sahəsi də eyni ilə vətənin ərazisi kimidir. Bizim quru, dəniz, hava sərhədlərimiz olduğu kimi, informasiya sərhədimiz də var. Bu gün bizim informasiya sərhədlərimiz yanlış informasiya siyasəti nəticəsində təcavüzə məruz qalır və millətimiz auditoriya olaraq, "əsir’’ götürülür; axşamlar azərbaycanlıların siyasətlə maraqlanan kəsiminin hamısının diqqəti xaricdən yayılan verilişlərə yönəlir. Onların da əksəriyyətinin səviyyə və sferaları yüksək deyil; çoxu söyüşlə başlayır, söyə-söyə də saatlarla davam edir... Hansı ki, özümüzün keyfiyyətli televiziyalarımız var, jurnalistlərimiz var, onları gücləndirmək, maraqlı etmək lazımdır ki, tamaşaçı türk seriallarından tutmuş, Avropadakı siyasi seriallara qədər, kənar məhsullara az baxsın. Düzdür, AzTV və İctimai Televiziyada ciddi dəyişikliklər baş verib, REAL TV xəbər televiziyası konsepsiyasını Azərbaycana gətirib... Amma yenə də bunlar azdır. Özünüsenzuraya səbəb olan bütün faktorlar qeyd-şərtsiz aradan qaldırılmalıdır.
- Sizə tez-tez təzyiqlər olur?
- "Mənə təzyiqlər olur’’, demək düz olmaz. Mən olanları təzyiq saymıram. Amma istənilən halda məni narahat edən məqamlar çoxdur.
- "Yeni Müsavat” haqqında bəzən dindar kəsimə daha çox yer ayırması barədə iddialar səslənir. Bu iddialar barədə nə deyə bilərsiniz?
- Sizcə, elədirmi? Mən dindar kəsimə xitab eləmirəm, sekulyar seqmentə daha çox xitab edirəm. Özüm inanclıyam, amma iman da, inanc da insanın ürəyində, içində yaşamalıdır. İnancın, imanın ideologiya, partiya olmasının və hakimiyyətə gəlməsinin qəti əleyhinəyəm.
- Dini şəxsiyyətlərdən kimi özünüzə örnək sayırsınız?
- Mən ölümlü bəndələrdən özümə örnək seçməməyi öyrənmişəm. Amma İslam peyğəmbərini özümə örnək götürürəm. Hər bir çətinlikdə Allaha xitab eləmişəm, ona görə də sınmadan, əyilmədən, bütün proseslərdən çıxa bilmişəm.
- Mütaliəyə vaxtınız olur?
- Kitabları oxumağa başlayıram, amma bitirə bilmirəm (gülür).
- Sonuncu dəfə hansı kitabı oxuyub yarımçıq qoymusunuz?
- Noah Yuval Hararinin "Homo Deus” kitabını oxumağa başladım, çox maraqlı, içində yeni baxışlar, yeni sistemlər olan kitabdır, maşınımda gəzdirirəm, bir-iki vərəq oxuyuram, son vaxtlar isə ümumiyyətlə üzünü aça bilmirəm.
- Bədii ədəbiyyat necə, oxuyursunuz?
- Bədii əsərləri son vaxtlar azaltmışam, oxuya bilmirəm. Bir neçə ildir ki, saytlar və onlardakı fəaliyyətimə görə mütaliəyə vaxt qalmır. Gün ərzində 17-18 saat telefonda saytları izləyirəm.
- Özünüzün xəbər yazıb redaksiyaya göndərdiyiniz hallar çox olub?
- Bəli, çox olub. Bəzən hansısa tədbirdə müxbirlərim olmur, o zaman həmkarlarımın, media patronlarının yanındaca çəkinmədən xəbər yazır, şəkil çəkib ötürürəm və bunu özümə şərəf bilirəm. Düzdür, bəzi dostlarım məni qınayır ki, niyə belə edirsən? Ancaq məncə jurnalist əməyi çox şərəfli əməkdir, mən də özümü reportyor-jurnalist sayıram və düşünürəm ki, məndə heç də pis alınmır.
- Özünüzü daha çox siyasətçi hesab edirsiniz, yoxsa jurnalist?
- Hər hansı ölkədə media qrupunun rəhbəri olmaq istənilən halda siyasi postdur.
- Mir Şahindən müsahibə götürəndə demişdi ki, jurnalistikasız yaşaya bilməz, həyatının amalı jurnalistikadır. Sizdə də bu cürdür?
- Jurnalistikasız bir gün də yaşaya bilmərəm.
- Amma içinizdə deyəsən yenidən siyasətə qayıtmaq havası da var...
- Siyasi mühit o qədər pisdir ki, bəzən istəyirəm oraya bir düzən verim. Mənim siyasətdə qoyub gəldiyim dostlarım o vaxt necə qoymuşamsa, elə orda da qalıblar. Manevr edə bilmirlər. Doğru-dürüst qərar verə bilmirlər. Son 30 ildə öz ətraflarını da bədbəxt ediblər, özlərini də, ölkəni də.
- Bayaq yeni mediaya keçiddən danışdınız. Bunu da uğurla həyata keçirmisiniz. Bəs Sizcə müasir siyasətçi, müxalif siyasətçi necə olmalıdır, siyasətə qayıtsanız nələri dəyişərdiniz?
- Hamı deyir iqtidardan başlamaq lazımdır, qəti şəkildə elə deyil. Gəlin, birinci müxalifət düşərgəsindən başlayaq. Müxalifət münasibətlərin yenilənməsində maraqlı olmalıdır. Azərbaycan müxalifətinin öndə gələn aparıcı liderləri və təşkilatları Azərbaycan hakimiyyətini və prezidentini qəbul etmirlər. "Prezident” deyə xitab etmirlər və gözləyirlər ki, onların qəbul etmədikləri və xitab etmədikləri prezident onları tanısın, bu da mümkün deyil. Bu 1993-cü ildən qalma ənənədir. Səhv düşüncə idi və böyük itkilərlə nəticələndi. Prezident Heydər Əliyevi hakimiyyətə dəvət edib, sonra onu tək qoydular, vəzifələrini dondurdular və dedilər ki, biz səni tanımırıq. Halbuki özləri çağırmışdılar ki, gəl ölkəni xilas elə. 1995-ci il mart hərbi qiyamından sonra ölkənin xilas prosesi yekunlaşdı. Amma AXC-Müsavat iqtidarının əsas simaları kənara çəkildi və Heydər Əliyevi ilk gündən tək qoydular. O da yaxın zamanlara qədər Azərbaycanda problemə çevrilmiş bəzi kadrlarla işləmək məcburiyyətində qaldı.
- Hamı deyəndə ki, Siz də onların içində deyildinizmi?
- Mən son 30 ildə "Yeni Müsavat” qəzetinin baş redaktorluğundan başqa vəzifə daşımamışam.
- Siz həm də partiyada məsul vəzifədə idiniz.
- Partiyada, Azərbaycan Xalq Cəbhəsində yüksək siyasi mövqelərim olub. Lakin həmin təşkilatlara yön verən deyildim. Yön verənlər böyük səhvlər etdilər və o səhvlər indiyə kimi davam edir.
- Siz deyirsiniz ki, iqtidar-müxalifət münasibətləri ən azı Türkiyədəki kimi olmalıdır?
- Əlbəttə. Müxalifət nifrəti, kini buraxmalıdır. Elə rakurs yaradıblar ki, hər hansı ziyalı gedib hakimiyyət nümayəndəsi ilə görüşəndə, haqqı olan mükafatı dövlətdən alanda onu topa tuturlar, gözdən salırlar.
- Elə Sizin özünüzü...
- Mən heç... Mənim siyasi immun sistemim çox gəlişib, narahat deyiləm. Amma insanları linç edir, mənəvi terrora məruz qoyurlar. Öz ölkənin iqtidarı ilə görüşmək qüsurdursa, elə müxalifətlə görüşmək də qüsurdur. Sən bu ölkədə müxalifət olmağı qəbul etmisənsə, deməli, dövlətin bir parçası olmağı qəbul etmisən. Lütfən bu dövlətin parçası olaraq öz mandatın istiqamətində hərəkət elə, nifrət dili yayma, kin qusma, insanları nifrətə səsləmə, onları yanlış yönləndirmə. Siyasət istənilən halda hakimiyyətə gəlmək üçün vasitədir və o vasitəni düzgün istifadə etmək lazımdır. "Bizimkilər’’ siyasi mövqeyi o həddə gətiriblər ki, sanki əqidə də, din də, iman da, milli kimlik də odur...
Müxalif düşərgədə çox fədakar, təmiz kadrlar var ki, sadəcə durduqları yer və arxasınca getdikləri liderləri yanlışdır. O baxımdan, hər zaman mənim qəlbimdən belə bir istək keçir ki, o cür kadrları, kütləvi səhnələrin rejissoru olmuş, savaşlarda iştirak etmiş, həm siyasi, həm də hərbi səhnələrin yaradıcısı olmuş insanları doğru yönəltmək, onları bir yerə toplayıb dövlətin strateji bir parçasına-normal müxalifətə çevirmək yaxşı olardı.
- O zaman 2020-ci ildə keçiriləcək parlament seçkilərində iştirak etməyiniz gözlənilir?
- Mənim ürəyimdən keçir, ancaq hər ürəyindən keçəni də həyata keçirmək mümkün olmur.
- Qəzetdə ədəbiyyat materialları niyə verilmir? Türkiyənin bir çox qəzetləri ədəbiyyat əlavələri buraxırlar. Eyni şeyi "Yeni Müsavat” qəzeti də edə bilməzmi?
- Biz bunu hamıdan əvvəl eləmişik. "Dünya” adında ədəbiyyat jurnalı buraxırdıq. Bu mənim arzum idi.
- İndi niyə buraxmırsınız?
- Çünki xitab elədiyimiz auditoriya bunu istəmir. Yeni auditoriya qurmaq üçün də həm zaman, həm vəsait, həm də işçi lazımdır. Bizim isə buna imkanımız yoxdur. "Yeni Müsavat” Media Qrupu hələ düzə çıxmayıb. Biz həmişə ekstremal vəziyyətdə fəaliyyət göstərmişik, 1989-cu ildən indiyə qədər belədir. Bizim yaratdığımız elektron TV-lər belə prosesin içində yaranıb. Heç bir əlavə vəsait qoymadan, kənardan işçi belə cəlb etmədən öz potensialımız hesabına bunları həyata keçirmişik... Gələcəkdə ədəbiyyat əlavəsi qurmaq mənim arzularımdan biridir, həm jurnal, həm də yaxşı bir ədəbiyyat saytı yaratmaq istəyirəm.
- Bir vaxtlar qəzetiniz ətrafında xeyli köşə yazarı cəmlənmişdi. Son illər sanki qəzetdə köşə yazarları azalıb, eyni zamanda onları izləyən oxucular da yoxdur.
- Doğru buyurursunuz. Son sözü əlahəzrət oxucu deyir. Biz gördük ki, köşə yazısında olan tiraj hər hansı agentlikdən aldığımız xəbərdə olan tiraj qədər belə özünü doğrultmur. Buna görə də həm menecer, həm də oxucu seçimi olaraq köşə yazarlarına diqqəti azaltdıq, xəbər saytı sisteminə keçdik və bu özünü doğrultdu.
- Amma Türkiyədə bu ənənə qalır və uğurla irəliləyir.
- Doğrudur, Türkiyədə köşə yazarları ən bahalı yazarlardır. Onların yazıları da yüz minlərlə oxunur. Bu, Türkiyə oxucusunun seçimidir. Halbuki türk köşə yazarları hadisəyə olduqca bəsit, sadə yanaşırlar. Bəlkə də onlara marağın səbəbi budur. Ancaq mən etiraf edim ki, bizim köşə yazarları türk köşə yazarlarından məzmunlu, həm də bədii yazırlar. Çünki bizim köşə yazarları həm türk, həm rus jurnalistika məktəblərindən bəhrələniblər.
- Gələcəkdə "Yeni Müsavat”ı TV-yə çevirmək perspektivi varmı?
- Bəli, var, efir məkanında iddialıyıq. Biz artıq efirə çıxmışıq və internet televiziyasını gəlişdirməyə çalışırıq. Artıq qlobal TV dövrü keçib. İnternet televiziyalar gələcək baxımdan daha əlverişlidir və hələ ki, bu istiqamətdə çalışırıq.
Prezident İlham Əliyev daha bir qanunu təsdiqləyib - Dəyişiklik
Ağcabədi sakini 10 kiloqrama yaxın marixuana ilə tutulub
Tramp Zukerberqlə görüşüb - Açıqlamalar
ATƏŞKƏS POZULDU: İsrail Livanı vurdu, yaralılar var
Türkiyə ordusu Zapı mühasirəyə alıb - Son bir həftədə 72 terrorçu zərərsizləşdirilib
Vasif Talıbovun qardaşının rəhbərlik etdiyi federasiya ləğv olundu
Flora Kərimova Səhiyyə Nazirliyini məhkəməyə verib
Suriyada savaş qızışdı: qruplaşma Hələbdə 32 kəndi ələ keçirdi, mərkəzə yaxınlaşdı - Rus qırıcılar havalandı (FOTOLAR)
İsrail ordusu İordan çayının qərb sahilinə buldozerlərlə hücum edib - Bölgədə yeni savaş başlayıb
Sabah hava necə olacaq? - Proqnoz
Baş prokuror Sumqayıtda vətəndaşları qəbul edəcək - Bu tarixdə
Rəsmi Bakıdan Polşa Prezidentinin sərhədə gəlməsinə daha bir etiraz - Polşalı diplomat XİN-ə çağırıldı
YENİ İLDƏ NEÇƏ GÜN İŞ OLMAYACAQ? - Hökumətdən qərar
Polis əməliyyatı: keçmiş məhkumlardan ibarət mütəşəkkil dəstə üzvləri saxlanılıb - FOTOLAR
Kahramanmaraşda yenə zəlzələ olub - 4.1 bal gücündə
Çempionlar Liqasında maraqlı olay: "Real"ın baş məşqçisi Arda Gülərə qəzəblənib - FOTO
"Pensiya yaşının azaldılması kiminsə istəyinə bağlı olan məsələ deyil” - Komitə sədri
İlham Əliyev Albaniya prezidentinə məktub göndərdi - MƏTN
Sədr müavini Hikmət Məmmədov niyə vəzifədən azad olunub? - QHT sədrinin siyasi iddiası, yoxsa...? (Yenilənib)
Qəzza gecəyarısı bombalanıb - Ölən və yaralananlar var
Abşeronda qanunsuz tikintilər artıb - ATV süjet yaydı (VİDEO)
Şoumen... - AzTV bu deputatları "topa tutub" - VİDEO
ŞİŞİRDİLƏN QİYMƏTLƏR, XƏSTƏ HEYVANLAR... - Siyavuş Novruzov MM-də faktları sadaladı, nazir hirsləndi - Bəs ekspert nə deyir?
"Xəzər Dəniz Gəmiçiliyi" cərimələnib
Azərbaycan nefti cüzi ucuzlaşdı
Bakı qarlı havaya hazırlaşır - BŞİH-də müşavirə + FOTOLAR
PUTİN TOKAYEVLƏ GÖRÜŞDƏ QƏRBİ SƏRT TƏHDİD ETDİ: "Səbrimiz bir gün mütləq tükənəcək"
Moldova klubunun Baş məşqçisi: "Bizi İstanbul və Türkiyə ilə müqayisə etmək olmaz, amma..."
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Çağdaş Atan: "Deməyə söz tapmıram"
Türkiyədə 4 şəhərdə dərslər dayandırılıb - Qara görə
ABŞ İsrailə 680 milyon dollarlıq yeni silah satmağa hazırlaşır
5 HƏRBÇİ AĞIR QƏZADA HƏYATINI İTİRİB - MN-dən açıqlama (Yenilənib)
"Beşiktaş"ın baş məşqçisi: "Bütün enerjimi İsrail komandası ilə oyuna indeksləmişəm"
Çində həbsdə olan 3 amerikalı sərbəst buraxılıb: məhbus mübadiləsi, yoxsa... - Ağ Ev bəyanat yaydı
“Roşka” ləqəbli tiktoker həbs edildi
CHP sədrinə icazə verildi - Həbsdəki sədrlə görüşmək üçün
İran XİN başçısı İsraili hədələdi: "Cavab zərbəsi hüququmuz var"
Pakistanda əşirətlər arasında döyüş genişlənir - Tərəflər meyitləri dəyişməkdən imtina ediblər
Qəzzada hamilə qadın öldürülüb - 8 yaralı var