“Unibank”ın sədr müavini "PAŞA Bank Gürcüstan"ın rəhbərliyinə təyinat alıb

img

06-11-2019 [15:03]


"Unibank" ASC-nin İdarə Heyəti sədrinin I müavini və baş risk inzibatçısı Asəf Hüseynov "PAŞA Bank" ASC-nin Gürcüstandakı törəməsinə ("PAŞA Bank Gürcüstan") təyinat alıb.

O, noyabrın 1-dən "PAŞA Bank Gürcüstan"ın İH-nin üzvü kimi fəaliyyət göstərir. 

A.Hüseynov "Report"a açıqlamasında xəbəri təsdiqləyib: "Unibank”da 3 illik strateji dövr var idi və bu dövrdə müəyyən edilmiş hədəflərin hamısı yüksək səviyyədə icra olundu. Hazırda "Unibank” mənfəət göstəricisinə görə, ilk 5-likdədir. Bundan sonra "PAŞA Bank Gürcüstan"da fəaliyyət göstərəcəyəm". 



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA