SOCAR-da orta aylıq əmək haqqı artıb

img

06-11-2019 [14:40]


2018-ci ildə Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) üzrə cəmi hesablanmış əmək haqqı və digər ödənişlər 682,15 mln. manat təşkil edib.

"Report” xəbər verir ki, bu barədə şirkətin 2018-ci il üzrə illik hesabatında qeyd edilib.

Hesabat əsasən, bu da 2017-ci il ilə (628,14 mln. manat) müqayisədə 54 mln manat və ya 8,6% çoxdur. 2018-ci ildə işçilərə cəmi hesablanmış əmək haqqı və digər ödənişlərin tərkibində vəzifə (tarif) maaşlarının məbləği 345,15 mln. manat və ya əmək haqqı fondunda xüsusi çəkisi 51% təşkil edib. 2018-ci ildə Şirkət üzrə işçilərin orta aylıq əmək haqqı 1 121,65 manat təşkil edib ki, bu da 2017- ci il ilə (1 037,30 manat) müqayısədə 84,34 manat və ya 8,13% artıb. 

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA