"Bizi bu adamların yarıtmaz idarəçiliyi, laqeydliyi, biganəliyi xəstə salıb" - Jurnalist "köhnə qvardiya"ya səsləndi

img

30-10-2019 [19:07]


"Mən, "köhnə qvardiya"ya qarşı bir neçə ildi mübarizə aparıram”.  

Mia.az xəbər verir ki, bunu Sherg.az-a açıqlamasında Jurnalist Araşdırmalar Mərkəzinin sədri Seymur Verdizadə deyib.

JAM rəhbəri bildirib ki, bir insanın 25-30 il yüksək vəzifə tutması yaxşı hal deyil: 

"Hələ 3 il əvvəl yazmışdım ki, Hacıbala Abutalıbov Suraxanı rayonuna icra başçısı təyin olunanda körpə olan uşaqların, indi öz uşaqları körpədirlər. Bu, mənfi tendensiyadır, şübhəli fəaliyyətə yol açır. Bu baxımdan ölkə Prezidentinin yaşı 70-i ötmüş məmurları istefaya səsləməsini təqdir edirəm, alqışlayıram. Təəssüf ki, bəzi məmurlar və deputatlar bu çağırışa müsbət cavab vermək əvəzinə ciddi-cəhdlə canlarının "buz baltası” kimi möhkəm olduğunu sübut etməyə çalışırlar. Onların sağlam olduğuna şübhəm yoxdur. Xəstə onlar deyil, bizik. Bizi bu adamların yarıtmaz idarəçiliyi, laqeydliyi, biganəliyi xəstə salıb. Bizim onlar kimi kolorili yemək yeməyə, bol-bol vitamin qəbul etməyə, hər gün hovuzda üzməyə imkanımız yoxdur. Çünki bizə çatmalı olan pullar onların cibinə axır. Heç kimin pulunda da gözümüz yoxdur”. 

S.Verdizadə onlara kənara çəkilib yığdıqlarını rahat xərcləmələrini, amma gənclərin yolunu açmalarını məsləhət görüb: 

"82 yaşlı kişinin gündə 3 saat hovuzda üzdüyünü deyib, özünü gülüş obyektinə çevirməsinə ehtiyac yoxdur. Yenə deyirəm, onların sağlam olduqlarına zərrə qədər də şübhəm yoxdur. Amma biz onlardan xəstə olduqlarına görə deyil, bizi xəstə saldıqlarına görə qurtulmaq istəyirik”.


Digər xəbərlər
SON XƏBƏRLƏR