Maliyyə Nazirliyi yeni tender keçirir

img

28-10-2019 [16:38]


Maliyyə Nazirliyi dövlət və icmal büdcələrinin tərtib edilməsində tətbiq olunacaq avtomatlaşdırılmış Büdcə Məlumat İdarəetmə Sistemi üzrə proqram təminatının və fiskal çərçivə ilə bağlı sənədlərin hazırlanması üçün Asiya İnkişaf Bankının maliyyə dəstəyi (qrant şəklində) ilə "PwC” audit şirkətini əməkdaşlığa cəlb edib.

Mia.az xəbər verir ki, bu barədə nazirlik açıqlama yaydıb.

Bildirilib ki, PwC proqram təminatı ilə bağlı mütəxəssis şirkətlərin təcrübəsini və bir sıra ölkələrdə oxşar sistemin təqbiqi ilə bağlı məlumatları öyrənərək büdcə prosesinin avtomatlaşdırılması üzrə texniki tapşırıq və funksional tələblər sənədi hazırlayıb, "Dövlət satınalmaları haqqında” qanuna əsasən satınalma prosedurlarına başlanılıb, satınalmalar portalında (www.tender.gov.az saytında) tender elanı yerləşdirilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA