BAXCP imzatoplama kampaniyasını yekunlaşdırır

img

02-09-2013 [18:20]


"Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri Qüdrət Həsənquliyevin imzatoplama kampaniyası faktiki olaraq başa çatmaq üzrədir”.

MİA xəbər verir ki, BAXCP-nin Mətbuat Xidmətinə açıqlamasında partiyanın səlahiyyətli nümayəndəsi Elçin Mirzəbəyli belə deyib. Onun sözlərinə görə, artıq əksər dairələr üzrə imzalar partiyanın səlahiyyətli nümayəndəsinə təqdim olunub: "Partiyada yoxlama prosesi davam etdirilir. Yəqin ki, bu gün və ya sabah ucqar rayonlar da daxil olmaqla, imzaların təqdim olunması başa çatdırılacaq. Yaxın bir neçə gün ərzində müvafiq sənədlərlə birlikdə imza vərəqələri Mərkəzi Seçki Komissiyasına təqdim olunacaq”. Elçin Mirzəbəyli onu da bildirib ki, partiyanın ayrı-ayrı rayon təşkilatlarının funksionerləri imzatoplama kampaniyasında kifayət qədər fəal iştirak ediblər: "BAXCP-nin yerli təşkilatlarl imzatoplama kampaniyasına aktiv şəkildə iştirak ediblər. Bu günə qədər təqdim olunan imzalar Seçki Məcəlləsinin müvafiq tələblərinə uyğun olaraq toplanılıb”.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA